Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-214/2024 18.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində İmişli Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 01:20 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində polis əməkdaşının əmrinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə uyğun deyildir və material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, İmişli Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X5 Rayon Polis Şöbəsinin rəisinə verdiyi xx.xx.2024-cü il tarixli Raportunda göstərmişdir ki, xx.xx.2024cü il tarixdə gecə saat 01:20 rədələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində xidmətdə olarkən “Qazel” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ziq-zaq formada hərəkət edərək xuliqanlıq etdiyini görmüş və həmin vaxt onunla birlikdə xidmətdə olan polis serjantları Elgün Rüstəmov və Namiq Kərimli ilə birlikdə həmin avtomobilə saxla əmri vermişlər. Həmin vaxt adını sonradan bildikləri sürücü Şəxs avtomobildən düşərək onların ünvanına nalayiq ifadələr işlətməyə başlamış və əlinə bıçaq götürərək onların üzərinə gəlmişdir. İmişli Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 hadisə ilə bağlı vermiş olduğu izahatında isə xx.xx.2024-cü il tarixdə gecə saat 01:20 rədələrində Elgün Rüstəmov və Namiq Kərimli ilə birlikdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində xidmətdə olarkən adını sonradan bildikləri Şəxs küçədə nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq sonuncunu nizam-intizama dəvət etdiklərini, lakin sonuncunun onları söyüb təhqir etdiyini və əlində olan bıçaqla onları öldürəcəyi ilə hədələdiyini qeyd etmişdir. İmişli Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X3 və X4 işin hallarına dair X1 ilə eyni məzmunlu izahat verərək xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş vermiş hadisə zamanı Şəxs küçədə polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etdiyini və əlində olan bıçaqla onları öldürəcəyi ilə hədələdiyini göstərmişlər. Məhkəmə qeyd edir ki, Şəxs barəsində inzibati icraata başlansa da, hadisənin mexanizminin müəyyən edilməsi üçün lazımi inzibati araşdırma aparılmamış və bu barədə materiallar toplanaraq məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən Şəxs əməlində inzibati və ya cinayət tərkibi əlamətlərinin olub-olmamasını müəyyən etmək və işə baxılaraq əməlinə hüquqi qiymət vermək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə toplanmış material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan İmişli Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-214/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-214/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver