Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-215/2024 05.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, xx.xx.1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, İmişli rayon Göbəktala kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə İmişli rayonu mal bazarında polis əməkdaşlarına söyüş söyərək və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayon Göbəktala kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə oğlunun idarə etdiyi “Belarus” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı traktorla öz heyvanlarını satmaq üçün İmişli rayonunu Otuziki kəndində yerləşən mal bazarına gəlmiş və bazarın 1-ci qapısından içəri keçmək istəyən zaman İmişli RPŞ-nin YPX-nin inspektoru mane olaraq ona nəsə demiş, traktorda olduğu üçün onun nə dediyini eşitməmişdir. Həmin vaxt traktoru oğlu Kamran Ağayev idarə etmiş və inspektorun çağrışını eşidəndən sonra traktoru dayandırmışdır. O, polis əməkdaşlarının bütün göstərişlərinə əməl etmiş və onlara qarşı heç bir müqavimət göstərməmişdir. İş üzrə şahid X1 izahatında göstərmişdir ki, o, İmişli RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə İmişli mal bazarı ərazisində xidmətdə olarkən “Belarus” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı traktorun orta qapıdan girmək üçün bazar istiqamətində hərəkət etdiyini görüb ona saxla əmrini vermiş və sıxlıq olduğu üçün cənub qapısına tərəf getməsi təklif olunmuşdur. Lakin, sürücü polis əməkdaşlarının tələblərinə əməl etməmiş və hərəkəti davam etdirərək ünvansız nalayiq söyüşlər söyə-söyə hərəkəti davam etdirmişdir. Traktorun təkəri polis əməkdaşına toxunduqdan sonra Şəxs traktoru saxlayaraq içəridən bıçaq götürüb yerə düşmüş və polis əməkdaşlarını üzərinə hücum etmişdir. AR İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-215/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-215/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver