Məhkəmə qərarları › İş №3(036)-216/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-216/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-216/2024 05.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində İmişli Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, İmişli rayonundan yerləşən mal bazarında polis əməkdaşlarına müqavimət göstərmiş, onların ünvanına söyüşlər söymüş və polis əməkdaşlarının nüfuzuna xələl gətirən davranışlar etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə uyğun deyildir və material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda təsvir olunmuş əməl, yəni Şəxs polis əməkdaşlarının ünvanına söyüşlər söyməsi və onların nüfuzuna xələl gətirən davranışlar etməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin deyil, həmin Məcəllənin 510-cu maddəsinin tərkib hissəsidir. Protokolda təsvir olunmuş digər əməl, yəni Şəxs xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərməsi isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin dispozisiyası daxilindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyası xaricindədir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində inzibati icraata başlansa da, hadisənin mexanizminin müəyyən edilməsi üçün lazımi inzibati araşdırma aparılmamış və bu barədə materiallar toplanaraq məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən Şəxs əməlində inzibati və ya cinayət tərkibi əlamətlərinin olub-olmamasını müəyyən etmək və işə baxılaraq əməlinə hüquqi qiymət vermək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə toplanmış material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan İmişli Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar