Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-218/2023 06.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçisi X3, inzibati xəta haqqında protokol tərtib etmiş İmişli RPŞ DYPB-nin inspektoru polis baş serjantı X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Biləsuvar rayonu, Bağbanlar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 353.5ci maddələri ilə olan inzibati xəta haqqında işə İmişli Rаyon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında bахараг, М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi DYPB-nin inspektoru tərəfindən Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 22:29 radələrində idarə etdiyi “KAMAZ 6520 yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, ətraf yolda hərəkətdə olarkən yük daşıma qaydalarını pozduğuna görə saxlanmış, həmin vaxt nəqliyyat vasitəsinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla il ərzində təkrarən yüklənməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 17 dekabr 2022-ci il tarixdə idarə etdiyi “KAMAZ 6520 yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıma qaydalarını pozduğuna görə 600 manat cərimə olunmuşdur. Yük götürmə çəkisi 25 ton olsa da hər kəs göstərilmiş normadan artıq yük daşıyır. Texpasportda da 33 ton olduğu qeyd olunmuşdur. Lakin, polis əməkdaşları 25-26 tondan artıq yük olanda cərimə yazırlar. Onun barəsində xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərkən də polis əməkdaşları digər avtomobillərə protokol yazmadığı halda, yalnız onun barəsində protokol tərtib etmişlər. Ona görə də barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmır. Məhkəmə iclasında İmişli RPŞ DYPB-nin inspektoru polis baş serjantı X4 izahat verərək göstərdi ki, Şəxs idarə etdiyi “KAMAZ 6520 yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin yük götürmə norması 25 tondur. Tənbeh olunmuş şəxs bir dəfə eyni xətanı törətdiyinə görə cərimə olunmuşdur. Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:29 radələrində idarə etdiyi “KAMAZ 6520 yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, ətraf yolda hərəkətdə olarkən avtomobildə 33 ton yük olmasını təsdiq edən qəbz iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 tərtib edilmiş inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uyğun olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb Şəxs idarə etdiyi KAMAZ 6520 yük markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə saat 22-23 radələrində İmişli şəhəri ətraf yolda hərəkətdə olarkən yük daşıma qaydalarını pozduğuna görə saxlanılmış, həmin vaxt nəqliyyat vasitəsinin icazə verilən qabarit, şəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla il ərzində təkrarən yüklənməsi olmuşdur. İmişli Rayon Məhkəməsinin 3(036)-218/2023 saylı, 06 mart 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan İmişli Rayon Polis Şöbəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi şikayətin dəlillərini, inzibati xəta haqqında iş materialı üzrə toplanmış sübutları tədqiq edərək xx.xx.2023-cü il tarixli, 3(106)-187/2023 saylı qərarı ilə bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və əsassız qərar qəbul edilmişdir. Belə ki, Şəxs idarə etdiyi KAMAZ 6520 yük markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə saat 22- 23 radələrində İmişli şəhəri ətraf yolda hərəkətdə olarkən yük daşıma qaydalarını pozduğuna görə saxlanılmış, həmin vaxt nəqliyyat vasitəsinin icazə verilən qabarit, şəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla il ərzində təkrarən yüklənməsi halları və bu faktın 8 saylı X2 tərtib etdiyi sənədlə də təsdiq olunması halları araşdırılmamışdır. Həmçinin, Şəxs əvvəllərdə yük daşıma qaydalarını pozduğuna görə il ərzində təkrarən məsuliyyətə cəlb olunduğu göstərilsə də, Şəxs barəsində 17 dekabr 2022-ci il tarixdə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar iş materiallarına əlavə edilməmiş, hazırda həmin qərarın qüvvədə olub olmaması araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilərək İmişli Rayon Məhkəməsinin 3(036)-218/2023 saylı, 06 mart 2023-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə qaytarılmalıdır. Yeni araşdırma zamanı tərəflərin məhkəmə iclasında iştirakı təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyə görə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin xətaya görə barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilmişdir. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla müəyyən olur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:57 radələrində idarə etdiyi “KAMAZ 6520 yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Horadiz yolunun 92-ci km-də hərəkətdə olarkən yük daşıma qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Hazırda həmin qərar qüvvədədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 353.5 ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:29 radələrində idarə etdiyi “KAMAZ 6520 yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, ətraf yolda hərəkətdə olarkən, yük daşıma qaydasını pozduğuna görə saxlanmış və həmin vaxt nəqliyyat vasitəsinin iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi aşkar edilmişdir. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaya yol verdiyinə görə inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qanunvericiliyin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir (İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi). Ona görə də Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyini nəzərə alınaraq, onun barəsində daha ciddi xəta olan İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun şəxsiyyətini və xətanın xarakterini nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaya yol verdiyinə görə, barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-218/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-218/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver