Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-225/2024 12.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə İmişli rayonu, Otuziki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli rayonu, Otuziki kəndi ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işə İmişli Rаyon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında bахаraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 15-30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ 2101 MİNİK” markalı, 50BH304 dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, N.Savalanov küçəsində hərəkətdə olarkən texniki nasazlıq nəticəsində idarəetməni itirmiş və nəticədə X1 mülkiyyətində olan “TOYOTA PRİUS MİNİK” markalı 77KO527 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq, zərərçəkmiş şəxsə maddi zərər vuraraq yol hərəkəti qaydaları əlehinə olan inzibati xətalar hadisəsini törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 15-30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ 2101 MİNİK” markalı, 50BH304 dövlət qeydiyyat nişanlı avtomobili İmişli şəhəri, N.Savalanov küçəsində idarə etmiş və hazırda bu hərəkətinə görə peşmançılıq çəkir, maddi imkanının olmaması səbəbindən sürücülük vəsiqəsi almadan nəqliyyat vasitəsini idarə etmək məcburiyyətində qalmışdır. Belə ki, o həmin avtomaşını iş üçün istifadə edir. Nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qəfil yaranmış texniki nasazlıq nəticəsində idarəetməni itirərək “TOYOTA PRİUS MİNİK” markalı 77KO527 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı zərərçəkmiş şəxs maşında olmasa da, nəqliyyat vasitəsinə zərər dəymişdir, zərərçəkmiş şəxslə razılığa gəlmiş, daha sonra isə onun avtomobili İmişli Rayon Polis Şöbəsinə aparılmışdır. Əməlindən peşamandır,hal-hazırda sürücülük vəsiqəsi almaq üçün sürücülük məktəbində təhsil alır. İş materialları ilə müəyyən olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə “VAZ 2101 MİNİK” markalı, 50BH304 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır. AC 922299 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olunur ki, “VAZ 2101 MİNİK” markalı 50BH304 dövlət qeydiyyat nişanlı avtomaşın X2 xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “ Yol-nəqliyyat hadisəsinin sxemi” ilə müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs hadisə yerini müayinəsində iştirak etmiş və hadisənin baş vermə mexanizmini öz imzası ilə təsdiq etmişdir. Həmin vaxt inzibati xəta törətmiş şəxs hadisə yerini müayinəsinə dair etirazla bağlı heç bir qeyd göstərməmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 71 nömrəli zərər aktı ilə müəyyən olunur ki, “TOYOTA PRİUS MİNİK” markalı 77KO527 dövlət qeydiyyat nişanlı avtomaşına 1080 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla müəyyən olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmiş və inzibati xəta haqqında protokolun surəti ona verilmişdir. İnzibati xəta törətmiş şəxs tərəfindən protokolda hər hansı bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və sairə. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15- 30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ 2101 MİNİK” markalı, 50BH304 dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, N.Savalanov küçəsində hərəkətdə olarkən texniki nasazlıq nəticəsində idarəetməni itirmiş və nəticədə X1 mülkiyyətində olan “TOYOTA PRİUS MİNİK” markalı 77KO527 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq, zərərçəkmiş şəxsə maddi zərər vuraraq yol hərəkəti qaydaları əlehinə olan inzibati xətalar hadisəsini törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İşin faktiki halları ilə müəyyən olur ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmiş və bu səbəbdəndə onun barəsində həmin maddələrlə nəzərdə tutulmuş inzibati qaydada tənbeh tədbiri tətdiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını məsuliyyəti yüngülləşdirən hallar olaraq nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun şəxsiyyətini və xətanın xarakterini nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tədbiri növündə 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-225/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-225/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver