Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-226/2023 15.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, katib X2, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə İmişli rayonu, Yalavac kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İmişli rayonu, Gövhərli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında bахаraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində idarəçilik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 07 yanvar 2023-cü il tarixdə saat 17 radələrində İmişli rayonu Gövhərli kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan “İJ” markalı, 16 kalibirli, 48068 qeydiyyat nömrəli təklüləli odlu mülki ov silahını əldə edilməsi, saxlanılması, daşınması qaydalarını pozaraq ictimai xəta törətmişdir. İnzibati xəta törətmiş şəxs məhkəmədə izahat verərək törətdiyi inzibati xətanı etiraf edib, səmimi peşimançılığını göstərdi. İş materiallarına əlvə edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işi başlanılması rədd edilmiş, Şəxs istifadəsində olan və ondan götürülmüş “İJ” markalı, 16 kalibirli, 48068 qeydiyyat nömrəli təklüləli odlu mülki ov silahı müvafiq qaydada saxlanması üçün İmişli Rayon Polis Şöbəsinə təhvil verilmiş, eyni zamanda Şəxs tərəfindən mərkəzi icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki odlu ov silahını əldə etməsinə, saxlamasına və daşınmasına görə sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aidiyyatı üzrə İmişli Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir (İXM-nin 3-cü maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). İşin faktiki halları ilə müəyyən olur ki, X3 müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan “İJ” markalı, 16 kalibirli, 48068 qeydiyyat nömrəli təklüləli odlu mülki ov silahının əldə edilməsi, saxlanılması, daşınması qaydalarını pozaraq İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəm, İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmanşılığını məsuliyyəti yüngülləşdirən hal hesab edir. İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati qaydada tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib, “İJ” markalı, 16 kalibirli, 48068 qeydiyyat nömrəli təklüləli odlu mülki ov silahı müsadirə edilməklə, 90 (doxsan) manat cərimə edilsin. Qərardan 10(on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev.
Məhkəmə qərarları › İş №3(036)-226/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-226/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver