Məhkəmə qərarları › İş №3(036)-227/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-227/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-227/2023 13.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi və İcra məmuru X5 iştirakı ilə, xx.xx.1978-ci ildə anadan olmuş, AR vətəndaşı, evli, İmişli şəhəri, P.Həsənov küçəsi ev 66-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq M Ü Ə Y Y ƏN E T D İ : Şəxs barəsində АR ИХМ-нин 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, o, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 ötrü tələbkar X2 xeyrinə hər ay 300,0 manat aliment ödəməsi haqqında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 noyabr 2013-cü il tarixli 2(004)3989/2013 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və 17.960,0 manat aliment borcu yaranmışdır. . Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 ötrü tələbkar X2 xeyrinə hər ay 300,0 manat aliment ödəməsi haqqında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 noyabr 2013cü il tarixli 2(004)3989/2013 saylı icra sənədini tam şəkildə icra etməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, indiyədək cəmi 20.031,0 manat məbləğində aliment ödəmişdir. 2021-ci ildə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən zərərə düşmüş və banklara olan 40.000,0 manat borcunu qaytara bilməmişdir. Bu səbəbdən də müəyyən müddət alimenti ödəyə bilməyərək borclu qalmışdır. Rusiya Federasiyasında qazanc əldə etmək imkanı olsa da ölkədən getmək hüququnun məhdudlaşdırılması səbəbindən bu imkanı da itirmişdir. Ona görə də, aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on ) gün müddətində inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs həbsə alındığı gündən və andan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası İmişli rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (оn) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə AR Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar