Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-235/2021 29.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu: X4, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxxxxx 1981-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən İmişli Rayon Məhkəməsinin 2(036)- 1147/2019 saylı, xx xxx 2019-cu il tarixli icra vərəqəsi ilə borclu Şəxs birgə nikahlarından xx xxxx 2004-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş 160 (yüz altmış) AZN sabit pul məbləğində alimenti tələbkar X1 xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Məhkəmə iclasında İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 izahatında bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1147/2019 saylı, xx xxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından xx xxxx 2004-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay borclu Şəxs qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 160 (yüz altmış) AZN sabit pul məbləğində aliment tutularaq, tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Borclu Şəxs icra vərəqəsinə əsasən bu günədək müxtəlif tarixlərdə ümumilikdə 1820 (min səkkiz yüz iyirmi) AZN məbləğində, eləcə də, bu gün, yəni xx xxxxx 2021-ci il tarixdə 450 (dörd yüz əlli) AZN məbləğində tələbkar X1 xeyrinə aliment ödənişini həyata keçirmişdir. Borclu Şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsinə gələrək bildirmişdir ki, maddi cəhətdən çətinlik çəkdiyi üçün yaranmış aliment borcunu birdəfəlik ödəyə bilməyəcək və maddi imkanı olacağı zaman hissə-hissə ödəyəcəkdir. Hal-hazırda, aliment sabit pul məbləğində müəyyən edildiyi üçün borclu Şəxs xx xxxxx 2021-ci il tarixə 1860 (min səkkiz yüz altmış) AZN məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Şəxs icra sənədinə əsasən aliment borcunu tələbkar X1 xeyrinə tam və vaxtı-vaxtında ödəməmişdir.. Bütün bunları nəzərə alaraq, borclu Şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, İmişli rayonu, Qaralar kəndində yaşayır və fərdi əmək ilə məşğul olur. Aylıq gəliri təxminən 250-300 AZN məbləği təşkil edir. O, bir müddət maddi cəhətdən çətinlik çəkdiyi üçün müəyyən edilmiş sabit pul məbləğində alimenti hər ay vaxtı-vaxtında tələbkar X1 xeyrinə ödəyə bilməməmişdir. Buna baxmayaraq, o, icra vərəqəsinə əsasən bu günədək müxtəlif tarixlərdə ümumilikdə 1820 (min səkkiz yüz iyirmi) AZN məbləğində, eləcə də, bu gün, yəni xx xxxxx 2021-ci il tarixdə 450 (dörd yüz əlli) AZN məbləğində tələbkar X1 xeyrinə aliment ödənişini həyata keçirmişdir. Hal-hazırda onun 1860 (min səkkiz yüz altmış) AZN məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Bununla yanaşı, məhkəmə qarşısında söz verir ki, sonrakı aylar üzrə icra vərəqəsinə əsasən müəyyən edilmiş aliment məbləğini tam və vaxtı-vaxtında tələbkar X1 xeyrinə ödəyəcəkdir. Bütün bunlara baxmayaraq, hesab edir ki, məhkəmənin icra vərəqəsini bu günədək icra etməməsində onun heç bir qərəzi olmamışdır. Ümumiyyətlə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tam və vaxtında icra edilməli olduğunu tam məsuliyyəti ilə dərk edir. Bütün bunları nəzərə alaraq, barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “İmişli Rayon Məhkəməsinin 2(036)-1147/2019 saylı, xx xxx 2019-cu il tarixli icra vərəqəsi”nin surətindən görünür ki, məhkəmənin icra sənədinə əsasən tərəflərin birgə nikahından xx xxxx 2004-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay borclu Şəxs qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 160 (yüz altmış) AZN sabit pul məbləğində aliment tutularaq, tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan MN ******* №-li, xx xxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1147/2019 saylı, xx xxx 2019-cu il tarixli icra vərəqəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında ödəməmişdir. Ümumiyyətlə, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan 5317 №-li, xx xxxxx 2021-ci il tarixli arayışdan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1147/2019 saylı, xx xxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxxx 2021-ci il tarixə 1860 (min səkkiz yüz altmış) AZN məbləğində ödənilməmiş aliment borcu mövcuddur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş ********* saylı, xx xxxxx 2021ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1147/2019 saylı, xx xxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X1 xeyrinə 450 (dörd yüz əlli) AZN məbləğində aliment ödənişini həyata keçirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 və inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədinə əsasən müxtəlif tarixlərdə ümumilikdə 1820 (min səkkiz yüz iyirmi) AZN məbləğində, hətta inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı müddət ərzində 450 (dörd yüz əlli) AZN məbləğində tələbkarın xeyrinə aliment ödənişinin həyata keçirilməsi məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi, eləcə də, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirməməlidir. Belə ki, məhkəmə borclu Şəxs icra sənədinin icrası istiqamətində konkret mövqeyini, icradan imtina etməməsini və pul ödənişini həyata keçirməsini onun icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qəbul etmir və onun hərəkətlərini qərəzli hesab etmir. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(036)-235/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-235/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver