Məhkəmə qərarları › İş №3(036)-237/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-237/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-237/2023 09.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, katib X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə İmişli rayonu, Hacıalmuradlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, İmişli rayonu Hacıalmuradlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında bахаraq М Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 0, xx.xx.2023-cü il tarixdə saat 09-50 radələrində Hacıqabul-Horadiz yolunun 92-ci km-də mülkiyyətində olan “MERCEDES BENZ ML 320” markalı, ** MO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xarici işıq cihazı nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan vəziyyətdə və nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halına görə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta hadisəsini törətmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 21 nömrəli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol ilə müəyyən olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09-50 radələrində Hacıqabul- Horadiz yolunun 92-ci km-də mülkiyyətində olan “MERCEDES BENZ ML 320” markalı, ** MO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin xarici işıq cihazı nasaz olduğu üçün saxlanılmış, nəfəsindən spirtli içki qoxusu gəldiyi üçün “Alkotester” cihazı ilə yoxlanılmış və yüngül dərəcəli sərxoşluq aşkar olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 0, xx.xx.2023-cü il tarixdə saat 09- 50 radələrində Hacıqabul-Horadiz yolunun 92-ci km-də mülkiyyətində olan “MERCEDES BENZ ML 320” markalı, ** MO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xarici işıq cihazı nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan vəziyyətdə idarə edərək, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmiş, həmin xətaya görə özünü təqsirli bilir və hazırda bu hərəkətinə görə peşmançılıq çəkir. Digər inzibati xətaya görə özünü təqsirli bilmir və o, nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməmişdir. Polis əməkdaşının onun barəsində qanunsuz təzyiq və təsiri nəticəsində haqqında tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlərə imza etmişdir. Həmin vaxt sənədlərin məzmunu ilə tanış olmaq üçün heç bir şərait yaradılmamış, hüquq və vəzifələri izah olunmadan, müdafiə hüququ pozulmaqla onun barəsində qanunsuz və əsassız protokol tərtib olunmuşdur. Məhkəmə prosesində inzibati xəta törətmiş şəxs tərəfindən təqdim olunmuş “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 271 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs Fərhd oğlu 15 fevral 2023-cü il tarixdə, saat 11-00 radələrində ayıq olmaqla, onda alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İş materialları ilə müəyyən olur ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri kobud surətdə pozularaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd olunmamış, inzibati xətanın mahiyyəti protokolda öz əksini tapmamış, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunduğu halda onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmiş, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməli olduğu halda verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; ayaq üstə sərbəst dayana bilmədikdə; özünü idarə edə bilmədikdə həyata keçirilir. Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olubolmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Qaydaların 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. İnzibati Xətalar Məcəllə Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 8. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Maddə 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Maddə 61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və sairə. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən olur ki, inzibati xəta törətmiş şəxs polis əməkdaşı tərəfindən alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsinin xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduğuna görə, dərhal alkoqollu içkilərin qəbul edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciət etmiş və inzibati xəta hadisəsindən 1 saat sonra dövlət tibb müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs Fərhd oğlu 15 fevral 2023-cü il tarixdə, saat 11-00 radələrində ayıq olmaqla, onda alkoqol sərxoşluğu vəziyyəti yoxdur. xx.xx.2023-cü il tarixli, 21 nömrəli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol tərtib olunarkən, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunduğu halda onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmiş və iş materiallarına bu barədə heç bir sübut əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, dövlət tibb müəssisəsi tərəfindən verilmiş rəy qanuni və əsaslı olub, daha güvənli, etibarlı və işin faktiki hallarına uyğun olduğuna görə qəbul edilməli, polis əməkdaşı tərəfindən“Alkotester” cihazı ilə yoxlanılmış və inzibati xəta törətmiş şəxsdə yüngül dərəcəli sərxoşluq aşkar olunması barədə tərtib olunmuş akt məhkəmə prosesində toplanmış sübutlarla təkzib olunduğuna görə, sübut növü kimi qəbul edilməyərək tənqidi yanaşılmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Şəxs MERCEDES BENZ ML 320” markalı, ** MO *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməmişdir. X3 Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. Ona görə də Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta olmadığına görə, həmin maddə ilə inzibati xətaya məruz qala bilməz. Şəxs İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi, onun öz etiraf izahatı ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğuna görə o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin sanksiyasında 50 manat məbləğində cərimə tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, İnzibati Xətalar Məcəlləsinin 342.5–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib, 50 manat cərimə edilsin. Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar