Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-244/2024 15.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1985-ci ildə İmişli rayonu Soltanmuradlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, İmişli rayonu Soltanmuradlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis leytenantı İmam Əsədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 21:20-də İmişli şəhəri, Mil küçəsində arvadı X3 ilə mübahisə edərək küçədə nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə həyat yoldaşı X1 ondan boşanmaq istədiyini bildikdə əsəbiləşərək qışqırmış, lakin nalayiq ifadələr işlətməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Şəxs sərxoş vəziyyətdə gələrək küçədə uca səslə onu söyüb təhqir etmişdir. Ona görə də onun cəzalandırılmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:20-də İmişli şəhər, Mil küçəsində arvadı X3 ilə mübahisə edərək küçədə nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq əməlini törətməsi onun özünün izahatı, zərər çəkmişşəxsin izahatı və inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə öz təsdiqini tapır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarınd olan xx.xx.2024-cü il tarixli, 730 nömrəli “şərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” akta əsasən Şəxs xx.xx.2024-cü il tarixdə inzibati xəta hadisəsi törədərkən sərxoş vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş BB018401 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 14 mart 2024-cü il tarixdən saat 22:45-dən hesablansın. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-244/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-244/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver