Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-245/2023 24.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Ağalı Ələmşah Əlabbas oğlunın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakları ilə, xx.xx.1968-ci ildə anadan olmuş, AR vətəndaşı, evli, İmişli rayonu, Məmməd Əsadəov küçəsi, ev 15 mənzil 37-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İmişli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, o, tələbkar "xxxx" MMC-nin xeyrinə 10246.33 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu ödəməsi barədə İmişli rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-134/2020 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, tələbkar "xxxx" MMC-nin xeyrinə 10246.33 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu ödəməsi barədə İmişli rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)- 134/2020 saylı saylı qətnaməsi qanunsuzdur. Belə ki, 2014-cü ilin sentyabr ayında o, 1800 manat ödəyərək "xxxx" MMC-dən “Lizinq”ə avtomobil götürmüş 3 ay müddətində etibarnaməlik idarəçilikdən sonra nəqliyyat vasitəsini Cəmiyyətin razılığı ilə deyilən şəxsə təhvil vermişdir. Onun İmişli rayon Məhkəməsində qaldırılan iş barədə məlumatı olmayıb, İmişli rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli 2(106)-134/2020 saylı qətnaməsi ona göndərilməyib. Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs ğlunun barəsində Azərbaycan Respulikası İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs həbsə alındığı gündən və andan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası İmişli rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-245/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-245/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver