Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-246/2024 15.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra məmuru X2 iştirakı ilə, xx.xx.1990-cı ildə anadan olmuş, AR vətəndaşı, subay, İmişli şəhəri, S.Vurğun küçəsi 6-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, o, tələbkar Abdullayeva Hicran Ələskər qızının xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 200 manat aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-2617/2023 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və cəmi 1400 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, tələbkar Abdullayeva Hicran Ələskər qızının xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 200 manat aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-2617/2023 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-2617/2023 saylı icra sənədindən xəbərsiz olmuşdur. Ona görə də, aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs həbsə alındığı gündən və andan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası İmişli rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-246/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-246/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver