Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-249/2022 26.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Saatlı RPŞ-nin DYPB yol patrul xidməti inspektoru X3 iştirakları ilə, Saatlı RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X3 11 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, Müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X3 11 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Saatlı RPŞ-nin Yol polisi bölməsinin əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 11.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 40 manat məbləğində cərimə olunmuşdur. Həmin inzibati cərimə qərarı qanunsuz və əsassızıdır. Buna görə də həmin protokol və qərar ləğv olunmalıdır. Belə ki, 2021-ci ilin oktyabr ayının 11 -də Saatlı-İmişli avtomobil yolu ilə Saatlı rayonundan İmişli rayon Mirili kəndində yerləşən evinə özünə məxsus "Mersedes” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı minik maşını ilə gəldiyi zaman rayonun Məzrəli kəndində saat 15:00 radələrində onun və bir neçə nəqliyyat vasitəsinin iştirak etdiyi yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yolla hərəkət etdiyi zaman onunla eyni istiqamətdə, yolun eyni hərəkət zolağında idarə etdiyi maşından bir neçə metr irəlidə “Niva” markalı minik maşını da hərəkət edirmiş. Məzrəli kəndinin qurtardığı nöqtədə İmişli rayonu ilə sərhədə yaxın ərazidə onlar hərəkət etdiyi istiqamətdə yolun sağında yerləşən qəssab mağazasının qarşısında “VAZ 2107” markalı avtomobil dayanmışdır. Onlar hərəkət edərkən qəssab dükanının qarşısında dayanmış “VAZ 2107” markalı avtomobil gözlənilməz halda yolun soluna tərəf maşınla qəfildən hərəkət etmiş, nəticədə idarə etdiyi avtomobildən irəlidə gedən “Niva” markalı avtomobil sahibi bu vəziyyətdən çıxış tapa bilməyərək “VAZ 2107” markalı avtomobilin yan tərəfindən çırpılmış və hər iki avtomobil həm zədələnmiş və yolun sol tərəfindən olmaqla onun qarşısını kəsmişdir. Hadisə baş verməsəydi və toqquşmuş avtomobillər yolunu kəsməsəydi, adamlara və qəssab dükanına toxunmamaq üçün sol tərəfə keçid manevri edərək heç bir təhlükə ilə üzləşmədən, eyni zamanda hər hansı təhlükə yaratmadan öz yoluna davam edəcəkmiş. Lakin, həmin anda yolun sol tərəfində toqquşaraq dayanmış iki avtomobilin soldan yolunu kəsməsi, sağ tərəfində isə insanların olması onu çətin seçim qarşısında qoymuş, nəticədə qarşıda dayanmış vəziyyətdə olan “Niva” ilə toqquşdur. Hadisə nəticəsində avtomobili zədələnmiş, hadisə Saatlı rayonu ərazisində baş verdiyindən, Saatlı RPŞ-nın dövlət yol polisi əməkdaşlarına məlumat vermişdir. Dövlət yol polisinin əməkdaşları bir qədər sonra hadisə yerinə gəlmiş və işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayaraq onu qanunsuz cərimə etmişdir. Ona görə də barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Saatlı RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 izahatında göstərdi ki, inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Saatlı RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 tərəfindən 11 oktyabr 2021-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol olunmuşdur ona görə ki, X4 düzgün ara məsafəsi saxlamamaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bu səbəblə X1 RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X3 11 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, X4 11 oktyabr 2021-ci il tarixdə düzgün ara məsafəsi saxlamamaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır, Saatlı RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X3 11 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olmaqla onun ləğvinə hər hansı əsaslar mövcud deyildir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 53, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. Saatlı RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X3 11 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-249/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-249/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver