Məhkəmə qərarları › İş №3(036)-251/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-251/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-251/2024 29.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli rayonunun Murğuzallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan izibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, o, xx.xx.2024cü il tarixdə saat 02:40 radələrində İmişli rayon Mal Bazarında X2 məxsus 1 (bir) baş xırdabuynuzlu heyvan oğurlanmışdır. Şəxs özünü barəsində olan protokolda göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 02:40 radələrində İmişli rayon Mal Bazarına heyvan almaq üçün getmiş, tanımadığı şəxsin quzusunun çəkisinə baxmaq məqsədilə əlinə götürərək yuxarı qaldırmış və bu zaman heyvan sahibi onu görmüş və onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs X3 göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:40 radələrində İmişli rayon Mal Bazarında ondan oğurladığı 1 (bir) baş xırdabuynuzlu heyvanı ona qaytarmışdır. Ona görə də, onunla barışmışdır və şikayəti yoxdur. (ərizəsi işə əlavə edilir) Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda həmin inzibati iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar