Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-252/2021 26.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə , 10.12.1960-cı ildə anadan olmuş, AR vətəndaşı, İmişli şəhəri, Muğan küçəsi, ev.17-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş 23.10.2020-ci il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qüvvəyə mindiyi gündən üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Protokol əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İşdən görünür ki, Şəxs 23.10.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat cərimə olunmuş və cərimə məbləğini ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 529-cu maddəsinə Qeydin 1-ci hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilərək işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 251,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilsin və işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-252/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-252/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver