Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-257/2022 15.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X5 Hacıyevin sədrliyi, Xuraman Emin qızı Əsədlinin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İmişli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 10 yanvar 2022-ci il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(036)-2636/2020 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi imkanı olduqca aşağıdır, özü ağır xəstədir və himayəsində iki azyaşlı körpəsi var, o cümlədən heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Bu səbəbdən İmişli Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(036)-2636/2020 saylı icra sənədini icra edə bilmir. Odur ki, nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 bildirdi ki, İmişli Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(036)-2636/2020 saylı qərarına əsasən borclu Şəxs 1118 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 ödənilməlidir. Lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etmir. Ona görə də onun tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, borclunun tənbeh olunmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin araşdırılan hallarından müəyyən olunur ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(036)-2636/2020 saylı icra sənədini üzrlü səbəblərdən icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2. maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası İXM-nin 53, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-257/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-257/2022
15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver