Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-257/2024 02.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İmişli Rayon Polis X6 Xidməti inspektoru, polis baş serjantı Məmmədov Ramil Ələsgər oğlunun iştirakı ilə, xx.xx.1987-ci ildə İmişli rayonu, Sarıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonu, Sarıxanlı kəndi ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işə İmişli Rаyon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında bахаraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 23:15 radələrində İmişli şəhəri, H.Əliyev prospektində “Vaz 21074 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək, əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozaraq, X1 idarə etdiyi 77BX813 dövlət qeydiyyat nişanlı, “Hundai elantra” markalı avtomobilə maddi zərər vurulmasına səbəb olaraq yol hərəkəti qaydaları əlehinə olan inzibati xətalar hadisəsini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 23:15 radələrində İmişli şəhəri, H.Əliyev prospektində “Vaz 21074 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək dönmə əməliyyatı həyata keçirib, yolun sağ tərəfinə keçmək istəyərkən X1 idarə etdiyi 77BX813 dövlət qeydiyyat nişanlı, “Hundai elantra” markalı avtomobil sürət həddini aşmaqla, avtoxuliqanlıq edərək onun sağ tərəfindən ötmə əməliyyatı həyata keçirmiş və bunun nəticəsində avtomobillər toqquşmuşdur. Sonradan aralarında razılaşmaq üçün yol-nəqliyyat hadisəsi yerini tərk etmişlər. Sürücülük vəsiqəsinin müddətinin keçdiyini də elə bu zaman öyrənmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs İmişli Rayon Polis X5 Xidməti inspektoru, polis baş serjantı X2 izahat verərək pratokol və ona əlavə edilmiş materiallardakı xüsusatları bir daha təsdiq etmişdir. İş materialları ilə müəyyən olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Vaz 21074 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Belə ki, onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. AE 066558 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olunur ki, “VAZ 21074 minik” markalı 30Bl274 dövlət qeydiyyat nişanlı avtomobil Şəxs xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “ Yol-nəqliyyat hadisəsinin sxemi” ilə müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs hadisə yerini müayinəsində iştirak etmiş və hadisənin baş vermə mexanizmini öz imzası ilə təsdiq etmişdir. Həmin vaxt inzibati xəta törətmiş şəxs hadisə yerini müayinəsinə dair etirazla bağlı heç bir qeyd göstərməmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi haqqında qərarla avtomobili sürücülük hüququ olmadan Şəxs tərəfindən idarə olunduğuna görə mühafizə olunan duracağa yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla müəyyən olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmiş və inzibati xəta haqqında protokolun surəti ona verilmişdir. İnzibati xəta törətmiş şəxs tərəfindən protokolda hər hansı bir qeyd aparılmamışdır. Hadisənin törədilmə şəraiti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iş materiallarına əlavə edilmiş izahatları ilə də təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşır və onu inzibati məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş izahat hesab edir, belə ki, baş vermiş hadisə iş materialları və tərəflərin izahatları ilə tam təsdiq olunur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:15 radələrində İmişli şəhəri, H.Əliyev prospektində “Vaz 21074 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək, əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozaraq, X1 idarə etdiyi 77BX813 dövlət qeydiyyat nişanlı, “Hundai elantra” markalı avtomobilə maddi zərər vurulmasına səbəb olaraq yol hərəkəti qaydaları əlehinə olan inzibati xətalar hadisəsini törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İşin faktiki halları ilə müəyyən olur ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmiş və bu səbəbdəndə onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati qaydada tənbeh tədbiri tətdiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun şəxsiyyətini və xətanın xarakterini nəzərə alaraq maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tədbiri növündə 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-257/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-257/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver