Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-261/2023 07.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, zərər çəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1961-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İmişli şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə olan inzibati xəta haqqında işə İmişli Rаyon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında bахаraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 12-10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “MERCEDES BENZ E240” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən əks hərəkət zolağına çıxmadan sağdan sola manevr etmiş və nəticədə X2 mülkiyyətində olan “VAZ 21015” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq, zərər çəkmiş şəxsə maddi zərər vuraraq yol hərəkəti qaydaları əlehinə olan inzibati xətalar hadisəsini törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verib, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 12-10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “MERCEDES BENZ E240” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobili İmişli şəhəri, H.Əliyev prospektində idarə etmiş və hazırda bu hərəkətinə görə peşmançılıq çəkir. Digər inzibati xətaya görə özünü təqsirli bilmir və o, qeyd olunan ünvanda nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən sağdan sola manevr etmək istəmiş, lakin həmin vaxt arxadan hərəkətdə olan X2 idarə etdiyi “VAZ 21015” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomaşın onun idarə etdiyi avtomaşının arxa hissəsindən vurmuşdur. Onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlərin məzmunu ilə tanış olmadan imza etmişdir. Eyni zamanda, inzibati xəta törətmiş şəxs izahatında əlavə olaraq göstərdi ki, inzibati xəta nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi zərəri qarşılamaq üçün ona müraciət etmiş, lakin zərər çəkmiş şəxs hadisə baş verən vaxt buna razı olmayıb, polis əməkdaşlarına məlumat verilməsini və baş vermiş hadisənin yerində rəsmiləşdirilməsini istəmişdir. Zərər çəkmiş şəxs X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 12-10 radələrində mülkiyyətində olan “VAZ 21015” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomaşınla İmişli şəhəri, H.Əliyev prospektində yolun sol zolağında hərəkətdə olarkən, həmin vaxt yolun sağ zolağında hərəkətdə olan Şəxs idarə etdiyi “MERCEDES BENZ E240” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobillə qəflətən sağdan sola manevr etmiş və nəticədə onun idarə etdiyi avtomobillə toqquşaraq, ona maddi zərər vurmuşdur. İş materialları ilə müəyyən olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə “MERCEDES BENZ E240” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır. AB 707485 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olunur ki, “VAZ 21015” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomaşın X2 xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “ Yol-nəqliyyat hadisəsinin sxemi” ilə müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs hadisə yerini müayinəsində iştirak etmiş və hadisənin baş vermə mexanizmini öz imzası ilə təsdiq etmişdir. Həmin vaxt inzibati xəta törətmiş şəxs hadisə yerini müayinəsinə dair etirazla bağlı heç bir qeyd göstərməmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 52 nömrəli zərər aktı ilə müəyyən olunur ki, “VAZ 21015” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomaşına 1405 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla müəyyən olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmiş və bu barədə protokolda müvafiq qeyd aparılmış və inzibati xəta haqqında protokolun surəti ona verilmişdir. İnzibati xəta törətmiş şəxs tərəfindən protokolda hər hansı bir qeyd aparılmamışdır. İnzibati Xətalar Məcəlləsi Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və sairə. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12-10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “MERCEDES BENZ E240” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən əks hərəkət zolağına çıxmadan sağdan sola manevr etmiş və nəticədə X2 mülkiyyətində olan “VAZ 21015” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq, zərər çəkmiş şəxsə maddi zərər vuraraq yol hərəkəti qaydaları əlehinə olan inzibati xətalar hadisəsini törətmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə özünü təqsirli bilməməsi barədə məhkəmədə verdiyi izahat digər sübutlarla təkzib olunub, bu barədə başqa bir sübutun mövcud olunmamasına qiymət verərək hesab edir ki, həmin inzibati xətaya görə onun izahatına tənqidi yanaşılmalıdır. İnzibati Xətalar Məcəlləsi Maddə 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Maddə 332.2 Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Maddə 332.4 Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İşin faktiki halları ilə müəyyən olur ki, Əhmədov X1 Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmiş və bu səbəbdəndə onun barəsində həmin maddələrlə nəzərdə tutulmuş inzibati qaydada tənbeh tədbiri tətdiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda qanunvericiliyin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir (İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi). Ona görə də Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyini nəzərə alaraq, onun barəsində daha ciddi xəta olan İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun şəxsiyyətini və xətanın xarakterini nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tədbiri növündə 400 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev.
Məhkəmə qərarları › İş №3(036)-261/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-261/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver