Məhkəmə qərarları › İş №3(036)-265/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-265/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-265/2024 15.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X1, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs Şəxs tərəfindən verilmiş ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs ərizə ilə məhkəməyə müraciət edərək nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)- 265/2024 nömrəli qərarın icrasına xitam verilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti və iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəmədiyinə görə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)-265/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş İmişli Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış ilə müəyyən olunur ki, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs Şəxs TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə ona tətbiq olunmuş inzibati cəriməni və hesablanmış dəbbə pulunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərarın icrasına onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)-263/2020 nömrəli qərarın icrasına xitam verilməli və Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ bərpa olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 118 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)-265/2024 nömrəli qərarın icrasına xitam verilsin və Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ bərpa edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar