Məhkəmə qərarları › İş №3(036)-275/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-275/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-275/2021 27.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Zərərçəkmiş şəxs: X3, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxxxxx 1972-ci ildə İmişli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 20 aprel 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində İmişli rayonu, Xəlfəli kəndində X6 döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Kürdmahmudlu kəndində yaşayır. Zərərçəkmiş şəxs X6 yaşadığı qonşu kəndin, yəni İmişli rayonu, Xəlfəli kənd sakini kimi tanıyır. Baş hadisə barədə qeyd edir ki, 20 aprel 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində İmişli rayonu, Xəlfəli kəndi ərazisində şəxsi münasibətlər zəmnində, yəni əkin sahəsinin suvarılmasına görə Kamil kişi ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı X7 onu nalayiq ifadələrlə təhqir etdiyi üçün öz əsəblərini cilovlaya bilməmiş və onu döymüşdür. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta əməli törədir, zərərçəkmiş şəxs X7 ilə barışmaq istəyir, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcək. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində Qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Xəlfəli kəndində yaşayır. İnzibati xəta törətmiş şəxs Şəxs yaşadığı qonşu kəndin, yəni İmişli rayonu, Kürdmahmudlu kənd sakini kimi tanıyır. Baş vermiş hadisə barədə qeyd edir ki, 20 aprel 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində yaşadığı İmişli rayonu, Xəlfəli kəndində ərazisində Şəxs ilə aralarında əkin sahəsinin suvarılmasına görə mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onu nalayiq ifadələrlə təhqir edərək, döymüşdür. Daha sonra o, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq, eyni zamanda, ərizə ilə İmişli Rayon Polis Şöbəsinə müraciət edərək, məlumat vermişdir. Buna baxmayaraq, o, Şəxs ailəli olmasını nəzərə alaraq, onu bağışlayır, onun ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 02 may 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün İmişli Rayon Polis X2 təhqiqatçısı, polis kapitanı Sabit Orucov tərəfindən X3 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün İmişli Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 254 saylı, 23 aprel 2021-ci il tarixli “ekspert rəyi”ndən görünür ki, X4 aşkar edilmiş xəsarətlər-sol saidin aşağı 1/3 hissəsinin ön səthində qançır, sol əlin 1-ci barmağında daraq-falanqa oynağı səviyyəsində yumşaq toxumanın şişkinliyi küt əşyanın (əşyaların) təsirindən törədilmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, 20 aprel 2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan MN ******* №-li, 27 may 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 20 aprel 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində İmişli rayonu, Xəlfəli kəndində X6 döymüşdür. İş materiallarında olan zərərçəkmiş şəxs X3 27 may 2021-ci il tarixli ərizəsindən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati xəta törətmiş şəxs Şəxs 27 may 2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs X3 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə etiraz etmir və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X3 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxs X7 ilə barışdığı üçün o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxs X7 ilə barışdığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar