Məhkəmə qərarları › İş №3(036)-279/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-279/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-279/2021 02.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Şikayət vermiş şəxs X4 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İmişli RPŞ-nin, İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru polis mayoru X2 iştirakları ilə, İmişli RPŞ-nin rəisi, polis polkovniki Fizuli Şıxəliyevin 21 may 2021-ci il tarixli MN ******* nömrəli inzibti tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İmişli RPŞ-nin rəisi, polis polkovniki Fizuli Şıxəliyevin 21 may 2021-ci il tarixli MN ******* nömrəli inzibti tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətində göstərdiyi xüsusatlara uyğun izahat verərək şikayətini müdafiə etdi və göstərdi ki, İmişli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən guya, həyətində toy etməyi nəticəsində karantin qaydalarının pozulması barədə 21 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar və inzibati xəta haqqında MN ******* saylı protokol tərtib edilərək onu İXM-nin 211.1-ci maddəsinə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək 400 manat cərimə etmişlər. Onun həyətimdə toy mərasimi keçirilməyib. Polis əməkdaşları onun həyətində olmayıb və heç bir çəkiliş edilməyib. Onun əməlində heç bir inzibati xətanın tərkib əlaməti yoxdur. O, karantin qaydalarını pozmamış həyətində toy mərasimi keçirməmiş və onun həyətində adamlar yığışmamışdır. Ona görə də, İmişli RPŞ-nin İnzibati tenbeh vermə haqqında 21 may 2021ci il tarixli MN ******* saylı qərarının və 400 manat məbləğində cərimənin silinməsi barədə və İmişli RPŞ-nin MN ******* saylı protokolun ləğv edilməsinə dair qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş İmişli RPŞ-nin, İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru polis mayoru X5 izahatında bildirdiki, 21 may 2021-ci il tarixdə İmişli rayon, Hacalmuradlı kənd sakini X1 rejimini pozaraq həyətində toy mərasimi keçirtməyi barədə məlumatı alaraq həmin kəndə getmişlər. Həyətdə adamlar yığışmamış, ancaq karantin rejiminin pozulmasına cəhd göstərildiyi üçün tərəflərindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 21 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət aşağıda qeyd olunan əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 21 may 2021-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 21 may 2021-ci il tarixdə İmişli rayon, Hacalmuradlı kənd sakini X4 toy mərasimi keçirtməklə karantin rejimini pozmuşdu. İş materiallarında olan 21 may 2021-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən X3 21 may 2021-ci il tarixdə nə də başqa vaxt epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozması halı qeydə alınmamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış və onun həmin xətanı törətməkdə təqsiri sübut olunmamışdır. Halbuki belə sübutları məhkəməyə təqdim etmək vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Ona görə də, inzibati xəta hadisəsi olmadığı halda X4 haqqında əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta hadisəsi olmadığı üçün xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 114-118 və 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində İmişli RPŞ-nin, İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru polis mayoru X5 tərəfindən tərtib olunmuş 21 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş İmişli RPŞ-nin rəisi, polis polkovniki Fizuli Şıxəliyevin 21 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar