Məhkəmə qərarları › İş №3(036)-282/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-282/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-282/2021 22.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Azərbaycan Respublikasının Prokurorluğu İmişli Rayon Prokurorluğunun nümayəndəsi: İmişli rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X4, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli şəhəri, Xiyabani küçəsi, ev 54 ünvanda qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu İmişli Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prokurorluğu İmişli Rayon Prokurorluğu tərəfindən məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat materialı daxil olmuşdur. “İnzibati xəta haqqında” materiala əsasən Şəxs 2020-ci ilin fevral ayının əvvəllərində, təxminən saat 18:00 radələrində İmişli rayonu, Oruclu kəndində yerləşən kafedə tanışları X3 və X5 ilə birlikdə qumar oynamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, təxminən 2021-ci ilin fevral ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı tarixdə, təxminən saat 18:00 radələrində İmişli rayonu, Oruclu kəndində yerləşən kafedə tanışları ilə qumar oynamışdır. Həmin vaxt 400 (dörd yüz) manat pul uduzmuşdur. Onun qumar borcu olduğu üçün pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Ona görə də İmişli şəhəri N.Savalanov küçəsində yerləşən ərzaq mağazasından oğurluq etmişdir. İmişli Rayon Polis X2 cinayət işinin ibtidai istintaq aparılır. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta əməli törədir, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcək. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Prokurorluğu İmişli Rayon Prokurorluğunun nümayəndəsi-İmişli rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X7 inzibati xəta törətmiş şəxs Şəxs barəsində qanunvericliklə nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiq edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 12 may 2021-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti İmişli Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan 31 may 20210-ci il tarixli “İnziati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, İmişli rayon prokuroru, Baş ədliyyə müşaviri Valeh Səmədov tərəfindən Şəxs inzibati xəta törətmiş şəxs qismində tanınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraat materialından” görünür ki, Şəxs 2020-ci ilin fevral ayının əvvəllərində, təxminən saat 18:00 radələrində İmişli rayonu, Oruclu kəndində yerləşən kafedə tanışları X3 və X5 ilə birlikdə qumar oynamışdır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta əməlini törətməsini, əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar