Məhkəmə qərarları › İş №3(036)-287/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-287/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-287/2024 03.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakı ilə , xx xxxxxx 1987-ci ildə İmişli rayonunda doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, heç bir yerdə işləməyən, İmişli şəhəri, Bülbül küçəsi ev 10 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində İmişli şəhəri, P.Həsənov küçəsində yerləşən evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində keçmiş arvadı X1 zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində uşaqlarını görmək üçün X3 yaşadığı İmişli şəhəri, P.Həsənov küçəsində yerləşən yaşayış evinə getmiş və həmin vaxt onu vurmamış, ona heç bir xəsarət yetirməmişdir. X6 özüözünə zərər vurmuş və uşaqları da bunun şahidi olmuşdur. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Şəxs ilə ər-arvad münasibətləri pozulduğundan 4 aydır ki, ayrı-ayrı ünvanlarda yaşayırlar. Bu müddət ərzində müxtəlif bəhanələrlə onun yanına gələrək mübahisələr yaratmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində yenə də onun yaşadığı evə zorla girərək mübahisəyə səbəb olacaq nalayiq hərəkətlər etmiş, həmin vaxt atasını çağırdığına görə sonuncu onun boğaz nahiyəsindən tutaraq başını divara vurmuş və evdən çıxıb getmişdir. İş materiallarına əlavə edilmiş İmişli Rayon polis X2 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərarı ilə müəyyən olur ki, MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli, 38 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 1993-cü il təvəllüdlü X3 aşkar edilmiş xəsarəti alın nahiyəsindən sağda və sol gicgah nahiyəsində qançırların bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edib və işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində İmişli şəhəri, P.Həsənov küçəsində yerləşən evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində keçmiş arvadı X1 zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi öz əksini tapmış və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşır və hesab edir ki, onun bu izahatı özünü müdafiə xarakter daşıyır və iş materialları ilə təkzib olunur. Ona görə də, Cəfərov X5 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə təqsirli bilinib, inzibati tənbeh tədbiri növündə 500 ( beş yüz) manat cərimə edilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar