Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-3/2024 07.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi X4, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs- İmişli Rayon Polis Şöbəsinin yol polis bölməsinin yol patrul xidməti inspektoru X1 iştirakı ilə, İmişli Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmişli Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə edilmişdir. Barəsində protokol tərtib olunan şəxs X5 şikayət verərək, İmişli Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın qanunsuz və əsassız olduğuna görə ləğv olunmasını xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 00:12 radələrində “Hyundai Elentra” markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobillə İmişli şəhəri Sabir Fətəliyev küçəsində hərəkətdə olarkən İmişli Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən saxlanılaraq, guya yola çıxaraq əks istiqamətli hərəkət etmişdir. Həmin vaxt heç bir yol hərəkəti qaydaları pozulmadığı halda qanunsuz olaraq qərar qəbul edilmişdir. Yol polis bölməsinin əməkdaşı yol hərəkəti qaydaları pozulması barədə heç bir sübut göstərməmişdir. Həmin hadisə radar və ya digər kamera görüntülərində öz əksini tapmamışdır. İmişli Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əvvəlki iclasında X5 şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs- İmişli Rayon Polis Şöbəsinin yol polis bölməsinin yol patrul xidməti inspektoru X2 şikayəti qəbul etməyərək rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından və işin araşdırırlan hallarından müəyyən olunmuşdur ki, X5 xx.xx.2023-cü il tarixdə saat 00:12 radələrində idarə etdiyi “Hyundai Elentra” markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalaırını pozmuşdur. X5 şikayətin dəlillərini və mübahisələndirilən qərarın ləğv olunması üçün heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X5 barəsində İmişli Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslıdır, onun ləğvi üçün əsaslar mövcud deyildir. Ona görə də X5 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 İmişli Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-3/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-3/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver