Məhkəmə qərarları › İş №3(036)-300/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-300/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-300/2025 31.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə İmişli rayonu, Sarxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləyən, İmişli rayonu, Sarxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ondan ötrü ki, Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 xeyrinə ödənilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)-3154/2020 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və hazırda 2680 (iki min altı yüz səksən) manat borcu qalmışdır. İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)-3154/2020 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Borclu Şəxs dəfələrlə inzibati məsuliyyətinə cəlb olunmasına baxmayaraq icra sənədini qərəzli olaraq icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Borclu Şəxs hazırda tələbkara 2680 (iki min altı yüz səksən) manat borcu qalmaqdadır. Hazırda tələbkarla razılıq əldə edilməmiş və tələbkar şikayətçidir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)-3154/2020 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Maddi imkanının yaxşı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Son 3 aya kimi yaranmış borcunu ödəməsə də aylıq aliment məbləğini ödədiyini bildirmişdir. Son 3 ayda işləri zəif olduğundan ödəniş edə bilməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)-3154/2020 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 27 oktyabr 2020-ci il tarixdən etibarən hər ay bir uşağa görə 160 (yüz altmış) manat məbləğində alimentin tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)-3154/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)-3154/2020 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə verilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(036)-183/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir; İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(036)-387/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir; İmişli Rayon Məhkəməsinin 8(036)-165/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə cəzanın əsl məqsədinə nail olmağın mümkün olmayacağı qənaətinə gəldiyi üçün həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 31 yanvar 2025-ci il tarixdən saat 16:43-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar