Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-301/2022 18.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə İmişli rayonunun Əliqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, X2 İdarəsində təsərrüfat müdiri, məhkum olunmamış, İmişli şəhəri, Q.Nəbi küçəsi ev 21 qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İmişli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 18 aprel 2022-ci il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Şirvan Apellyasiya Məhkəməsinin 29 iyun 2021ci il tarixli, 2(106)-1478/2021 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məkhəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(106)-1478/2021 saylı icra sənədinə əsasən ondan 3250 manat məbləğində pul alınaraq tələbkar X1 ödənilməlidir. Maddi imkanı olmadığı üçün məhkəmə qərarını icra edə bilməmişdir. Hazırda tələbkara olan borcundan 500 manat ödəmiş, qalan borcunu isə hər ay 60 manat olmaqla ödəyəcəyini bildirmişdir. O, məhkəmə qərarının icrasından boyun qaçırmır, qərarı icra edə bilməməsi onun maddi imkanı ilə bağlı olmuşdur. Odur ki, onun məhkəmə qərarını icra etməməsinin səbəbini üzrlü səbəb kimi qəbul edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(106)-1478/2021 saylı icra sənədinə əsasən Şəxs 3250 manat məbləğində pul alınaraq tələbkar X1 ödənilməlidir. Lakin borclu üzrlü səbəblər olmadan icra sənədinin icrasını təmin etməmişdir. Ona görə də onun tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin hazırda borclu tələbkara olan borcundan 500 manat ödəmiş, qalan borcunu da vaxtı-vaxtında ödəyib müvafiq qəbzi İcra şöbəsinə təqdim edəcəyinə söz vermişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, borclu Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(106)-1478/2021 saylı icra sənədinin icrasından boyun qaçırmır, icra sənədini üzrlü səbəblərdən icra etməmişdir. Ona görə də borclu Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2. maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası İXM-nin 53, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-301/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-301/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver