Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-301/2025 13.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1989-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli şəhəri, H.Əliyev prospekti, ev 54-ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 18:50 radələrində İmişli şəhərində yerləşən “Samovar” çay evində domino daşları ilə pulla qumar oyunları oynamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli hesab edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə 18:50 radələrində İmişli şəhərində yerləşən “Samovar” çay evində domino daşları ilə pulla qumar oyunları oynamışdır. Əməlindən peşmandır və birdə belə səhvlərə yol verməyəcəkdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İmişli Rayon Polis Şöbəsinə məhkəmə iclasının vatxı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 62.4 və 112.1.4cü maddələrinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi özünü iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan İmişli RPŞ-nin CAB-nin rəisi polis mayoru Qəhrəman Tağıyev tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə İmişli RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X2 və RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı X6 ilə birlikdə İmişli şəhər ərazisində “Samovar” çay evində bir neçə şəxsin domino daşları ilə qumar oynadığını aşkar edilmiş, həmin şəxslər PRŞ-yə gətirilmişlər. İmişli RPŞ-də müəyyən olunmuşdur ki, həmin şəxslər İmişli rayon sakinləri X3, Şəxs, X8 və X7r. İş materiallarında olan video diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 4 nəfər şəxsin, o cümlədən Şəxs qarşısında pul və əllərində domino daşları ilə həmin şəxslərin qumar oynamaqları görünür. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında iş materialları, tərtib edilmiş raport, disk (video görüntü), həmçinin Şəxs işdə olan yazılı izahatı ilə təsdiq olunduğundan onun İXM-in 525ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinməsinə dair tərtib edilmiş protokol qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara dair 3(036)-301/2025 nömrəli iş üzrə inzibati xətanın bilavasitə obyekti olmuş 28 ədəd domino daşı və 181 manat məbləğində pul vasaiti müsadirə edilmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olmuş 28 ədəd domino daşı və 181 manat məbləğində pul vasaiti dövlət nəfinə müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-301/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-301/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver