Məhkəmə qərarları › İş №3(036)-304/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-304/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-304/2023 02.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X5 Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.2000-ci ildə İmişli rayonu, Qaradonlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, İmişli rayonu, Qaradonlu kəndində yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-2805/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 1697 manat əsas borc, 5 manat cərimə borcu və dövlət rüsumuna görə 38 manat pul alınıb iddiaçı "xxxx" (DALGA-94) MMC-nin xeyrinə ödənilməsi barədə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-2805/2021 saylı icra sənədindən məlumatlıdır. Bu müddətdə icra və probasiya şöbəsinin icra məmurunun bütün çağırışlarına gəlmişdir. Qətnaməni icr etməməyini maddi vəziyyətinin aşağı olması ilə əlaqələndirmiş və borcu ödəmək üçün 1 ay vaxt verilməsini xahiş etmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-2805/2021 saylı icra sənədi üzrə 22 fevral 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilsə də Şəxs icra sənədi üzrə öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)- 2805/2021 saylı icra sənədi ilə müəyyən olur ki, Şəxs 1697 manat əsas borc, 5 manat cərimə borcu və dövlət rüsumuna görə 38 manat pul alınıb iddiaçı "xxxx" (DALGA-94) MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə Şəxs tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq ilə Şəxs icra sənədinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Əzimov X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)- 2805/2021 saylı icra sənədinə əsasən 1697 manat əsas borc, 5 manat cərimə borcu və dövlət rüsumuna görə 38 manat pul alınıb iddiaçı "xxxx" (DALGA-94) MMC-nin xeyrinə ödənilməsi barədə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etməmişdir. Ona görə də, Əzimov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 ( beş yüz) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar