Məhkəmə qərarları › İş №3(036)-306/2020

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-306/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-306/2020 07.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu: X1, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxx 1982-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Qaralar kəndində olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindəndaxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(86)-176/2011 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsi ilə borclu Şəxs 45405 (qırx beş min dörd yüz beş) ABŞ dolları məbləğində pulu və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunu tələbkar “X5” QSC-nin xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Bundan başqa, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsi ilə borclu Şəxs ümumilikdə 42934 (qırx iki min doqquz yüz otuz dörd) ABŞ dolları məbləğində pulu və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunu tələbkar “X5” QSC-nin xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Məhkəmə iclasında İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 izahatında bildirmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(86)-176/2011 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 45405 (qırx beş min dörd yüz beş) ABŞ dolları məbləğində pul və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar “X5” QSC-nin xeyrinə ödənilməlidir. Bundan başqa,Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 42934 (qırx iki min doqquz yüz otuz dörd) ABŞ dolları məbləğində pul və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar “X5” QSC-nin xeyrinə ödənilməli, 1 (bir) ədəd MAZ-6422-08-232 markalı, 90-JF- 445 dövlət qeydiyyat nişanlı özüboşaldan texnika və 1 (bir) MAZ markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu alınaraq, tələbkar “X5” QSC-yə verilməlidir. İcra sənədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Eyni zamanda bildirir ki, borclu Şəxs olduğu yer məlum olmadığı üçün barəsində “Borclunun axtarışı haqqında” qərar qəbul edilmişdir. xx xxxx 2020-ci il tarixli qərar ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)- 484/2014 saylı, xx xxxxxxxx 2014-cü il tarixli icra sənədi və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-811/2014 saylı, xx xxxxxxxx 2014-cü il tarixli icra sənədi ümumi icraatda birləşdirilmişdir. Borclu Şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsinə gələrək bildirmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən 1 (bir) ədəd MAZ-6422-08-232 markalı, 90-JF- 445 dövlət qeydiyyat nişanlı özüboşaldan və 1 (bir) MAZ markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu texnikanı tələbkar “X5” QSC-yə vermiş, lakin maddi cəhətdən çətinlik çəkdiyi üçün pul məbləğini birdəfəlik ödəyə bilməyəcək və maddi imkanı olacağı zaman hissə-hissə ödəyəcəkdir. Hal-hazırda borclu Şəxs xx xxxxxx 2020-ci il tarixə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-176/2011 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən 45405 (qırx beş min dörd yüz beş) ABŞ dolları məbləğində ödənilməmiş pul borcu, 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu borcu və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən 42934 (qırx iki min doqquz yüz otuz dörd) ABŞ dolları məbləğində ödənilməmiş pul borcu, 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu borcu mövcuddur. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Şəxs icra sənədinə əsasən pul məbləğini tələbkar “X5” QSC-nin xeyrinə tam və vaxtı-vaxtında ödəməmişdir. Bütün bunlara baxmayaraq, icra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Ümumiyyətlə, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdirki, o, ailəsi ilə birlikdə İmişli rayonu,Qaralar kəndində yaşayır. O, bir müddət maddi cəhətdən çətinlik çəkdiyi üçün müəyyən edilmiş pul məbləini hər ay vaxtı-vaxtında tələbkar “X5” QSC-nin xeyrinə ödəməmişdir. Bu müddət ərzində o, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)- 221/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən 1 (bir) ədəd MAZ-6422- 08-232 markalı, 90-JF- 445 dövlət qeydiyyat nişanlı özüboşaldan və 1 (bir) MAZ markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu texnikasını tələbkar “X5” QSC-yə vermişdir. Lakin onun Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-176/2011 saylı, xx xxxxxx 2012ci il tarixli icra vərəqəsinə əsasən 45405 (qırx beş min dörd yüz beş) ABŞ dolları məbləğində ödənilməmiş pul borcu, 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu borcu və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən 42934 (qırx iki min doqquz yüz otuz dörd) ABŞ dolları məbləğində ödənilməmiş pul borcu, 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu borcu mövcuddur. Eyni zamanda bildirir ki, özü ailəlidir, himayəsində uşaqları və yaşlı valideynləri vardır. Ailəyə yeganə qazanc gətirən şəxsdir və ailəsi maddi cəhətdən çətinlik çəkir. Hal-hazırda isə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və ödənilməmiş pul borcunu ödəməyə həm maddi cəhətdən imkanı yoxdur. Ümumiyyətlə, icra sənədinə əsasən müəyyən edilmiş pul məbləğini tələbkar “X5” QSC-nin xeyrinə hər ay vaxtı-vaxtında ödəmədiyinə görə, yəni inzibati xəta əməlinə görə özünü təqsirli hesab edir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-176/2011 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsi”nin surətindən görünür ki, məhkəmənin icra sənədinə əsasən borclu Şəxs 45405 (qırx beş min dörd yüz beş) ABŞ dolları məbləğində pul və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar “X5” QSC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsi”nin surətindən görünür ki, məhkəmənin icra sənədinə əsasənŞəxs 42934 (qırx iki min doqquz yüz otuz dörd) ABŞ dolları məbləğində pul və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, tələbkar “X5” QSC-nin xeyrinə ödənilməli, 1 (bir) ədəd MAZ-6422-08- 232 markalı, 90-JF- 445 dövlət qeydiyyat nişanlı özüboşaldan texnika və 1 (bir) MAZ markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu alınaraq, tələbkar “X5” QSC-yə verməlidir. İş materiallarında olanMN0395132 №-li, xx xxxx 2020-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)- 176/2011 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsi və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan İzibati-İqtisadi İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Şəxs bildiriş göndərilmiş, “Borclunun axtarışı haqqında” qərar qəbul edilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, icra vərəqələrinə əsasən pul borcunu tam və vaxtı-vaxtında ödəməmişdir. Ümumiyyətlə, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan2426/2 №-li, xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-176/2011 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən 45405 (qırx beş min dörd yüz beş) ABŞ dolları məbləğində ödənilməmiş pul borcu, 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu borcu və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-221/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən 42934 (qırx iki min doqquz yüz otuz dörd) ABŞ dolları məbləğində ödənilməmiş pul borcu, 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu borcu mövcuddur. Məhkəmə İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 və inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, borclu Şəxs borc pul məbləğinin ödənilməsi üçün kifayət qədər zamanı olsa da, onun bu müddət ərzində borc pul məbləğindən ödəniş etməməsini məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi, eləcə də, icra sənədini üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. X4 Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı” iş üzrə xx xxxx 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. X4 Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlininhüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları,inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını və eləcə də, icra sənədinin qismən icra etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə, qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Şirvan İzibati-İqtisadi Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar