Məhkəmə qərarları › İş №3(036)-309/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-309/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-309/2021 22.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxxxxx 1988-ci ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs üzərində 12 mart 2021-ci il tarixdə, İmişli rayonu, Bəhrəmtəpə ərazisində “ИЖ-K” modelli, 16 çaplı tək lüləli, “K 11798” №-li xüsusi icazəsi olmayan ov silahını daşımış və gəzdirmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, 12 mart 2021-ci il tarixdə bibisi oğlu Şəxs ilə birlikdə “ИЖ-K” modelli, 16 çaplı tək lüləli, “K 11798” №-li tüfənglə ova getmişlər. İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində olan zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Polis əməkdaşları onlardan tüfənglərinin sənədlərinin olub-olmamadığını soruşmuş, onlar isə tüfənglərin sənədlərinin olmadığını bildirmişlər. Daha sonra polis əməkdaşları onları İmişli Rayon Polis Şöbəsinə dəvət etmişlər. Aparılmış yoxlama zamanı məlum olmuşdur ki, ov tüfənginin heç bir sənədi yoxdur. Bu səbəbdən də, o, həmin ov tüfəngini İmişli Rayon Polis Şöbəsinə təhvil vermişdir. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh növü təyin olunması barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/717; 3/718 saylı, 06 may 2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah - zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli “ИЖК” modelli “K 11798” nömrəli, xarici çaxmaqlı, tək lüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan 27 may 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün İmişli Rayon Polis X1 təhqiqatçısı, polis leytenantı Səməd Məmmədov tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan İmişli Rayon Polis Şöbəsinin rəisi müavini, polis polkovnikleytenantı Habil Ağayevin ***-**** saylı, 21 iyun 2021-ci il tarixli arayışından görünür ki, İmişli Rayon Polis Şöbəsində Şəxs aşkar edilmiş “ИЖ-K” modelli, 16 kalibrli, tək lüləli, “K 11798” №-li mülki ov silahı qeydiyyatda yoxdur və Şəxs ov silahına dair xüsusi icazə verilməmişdir. İş materiallarında olan MN ******* №-li, 21 iyun 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, Şəxs tərəfindən 12 mart 2021-ci il tarixdə, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində “ИЖ-K” modelli, 16 çaplı tək lüləli, “K 11798” №-li xüsusi icazəsi olmayan ov silahının daşınması və gəzdirilməsi faktı müəyyən edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin, silah və döyüş sursatı müsadirə edilməklə, 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetsilah patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “ИЖ-K” modelli, “K 11798” №-li, tək lüləli yivsiz odlu silahı qərar qanuni qüvvəyə mindikdən sonra müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar