Məhkəmə qərarları › İş №3(036)-31/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-31/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-31/2025 04.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədirliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli RPŞ-nin X9 Bölməsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP695382 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək İmişli RPŞ-nin X9 Bölməsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP695382 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, İmişli RPŞ DYPB Polis X1 xx.xx.2024-cü il tarixli, TP 695382 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə onun xx.xx.2024-cü il tarixdə saat 07:58-də İmişli şəhəri H.Əliyev prospektində TOYOTA LAND - CRUİSER minik markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş (yol nişanlarının tələblərinə riayət edilməməsi) inzibati xətanın törətməyi göstərilmiş, bu barədə müvafiq protokol tərtib edilib və TP 695382 saylı, xx.xx.2024-cü il tarixli qərar çıxarılmışdır. Qərara əsasən barəsində 40 manat cərimə yazılmışdır. Protokol tərtib edilərkən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübutun olmasını YPX əməkdaşından tələb etsədə ona xətanın törədilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilmədi. O, inzibati xətanı törətmədiyini bildirməsinə baxmayaraq barəsində protokol tərtib edimişdir. Məlum edir ki, protokol tərtib edilərkən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir maddi sübut inzibati xəta haqqında işə əlavə edilməmişdir. İmişli RPŞ DYPB polis kapitanı X4 inzibatı tənbeh vermə haqqında qərar qəbul edərkən inzibati qanunvericiliyin tələblərini pozmuş və qeyri-qanuni qərar qəbul etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X5 qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs İmişli Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, İmişli RPŞ-nin X9 Bölməsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP695382 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X9 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli TP695382 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, X5 həmin tarixdə “TOYOTA LAND- CRUİSER” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli şəhəri, Heydər Əliyev prospektində idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan video görüntülərdən “TOYOTA LAND-CRUSİER” markalı, **- LQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin avtomobili İmişli şəhəri, Heydər Əliyev prospektində idarə edərkən hərəkət üstünlüyünə malik olan avtomobillərə yol verməməsi müəyyən olunmur. Avtomobil çəkiliş başlayan andan dönmə hərəkəti edir, ondan əvvəl hərəkət etdiyi istiqamətdən dayanmadan sağa dönmə əməliyyatı etməsi video görüntüdən müəyyən olunmur. Məhkəmə hesab edir ki, İmişli RPŞ-nin X9 Bölməsində zamanı avtomobilin manevr qaydalarını pozması ilə bağlı ətraflı araşdırma aparılmamış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də İmişli RPŞ-nin X9 Bölməsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP695382 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün İmişli RPŞ-nin X9 Bölməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin olunsun. İmişli RPŞ-nin X9 Bölməsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP695382 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün İmişli RPŞ-nin X9 Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar