Məhkəmə qərarları › İş №3(036)-32/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-32/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-32/2025 09.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclası katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi polis mayoru X8, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1972-ci ildə, İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Dəmir Yolları QSCdə elektromexanik işləyən, evli, İmişli şəhəri, Koroğlu küçəsi, ev 14 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 Cabbar Tahir oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 09 yanvar 2025ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X12 izahatında bildirmişdir ki, İmişli rayon Polis Şöbəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərarı və onun əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixində iş yoldaşı X6 döymüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində saat 17 radələrində Şəxs İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən yeddi nömrəli İmişli işarəvermə rabitə sahəsinin inzibati binasında Reyhan Əliyevanın xidməti otağında aralarında yaranmış mübahisə vaxtı X6 döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Ondan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Tahir oğlu, X6 xidməti otağında döyərək ona xəsarət yetirdiyi vaxt narkotik vasitə olan kannobinioidlərdən epizotik istifadə etmişdir. Onların aralarında olan dava-dalaş şəxsi münasibətlər zəmnində baş vermiş, qısa müddətli olmuş, heç bir xuliqanlıq hərəktələri edilməmiş və həmin vaxt heç bir ictimai qayda pozulmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında bildirmişdir ki, Reyhan Əliyeva işlədiyi idarənin mühasibi olduğundan, cari ilin noyabr ayında Reyhan Əliyevanın onun əməkhaqqısından 120 manat kəsdiyinə görə o xx.xx.2024-cü il tarixində saat 15 radələrində Reyhan Əliyevanın xidməti otağına gedib ona əməkhaqqısının 120 manat kəm hesabladığına iradlarını bildirdiyini vaxt Reyhanla aralarında mübahisə yarandığını, o Reyhana onun barəsində prokurorluğa şikayət edəcəyini bildirdiyi vaxt Reyhanın onun ünvanına nalayiq sözlərlə söyüşlər söydüyünə görə o da Reyhana iradlarını bildirdiyini, beləliklə həmin vaxt Reyhanla aralarında olan mübahisə təxminən 15-20 dəqiqəyə yaxın müddətdə davam etdiyini, həmin vaxt o Reyhanı döymədiyini, ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində zərərçəkmiş X9 izahatında bildirmişdir ki Şəxs onunla eyni sahədə işlədiyini, Cabbarın cari ilin dekabr ayında məzuniyyətə çıxdığı gündən əmək haqqısının düzgün hesablanmadığını əsas gətirib iş yerində onunla mübahisələr edib onun iş rejimini dəfələrlə pozduğuna görə o Cabbara izah edib əmək haqqısının və məzuniyyət pulunun düzgün hesablandığını bildirdiyini, lakin Cabbarın onunla razılaşmadığını və ona onun əmək haqqısını kəsdiyini bildirdiyinə görə o bu barədə rəhbərliyə məlumat verdiyini, rəhbərlikdən də onun əməkhaqqısının və məzuniyyət pulunu hesablayıb pulunun düzgün hesablandığını ona bildirdiklərini, buna baxmayaraq Şəxs xx.xx.2024-cü il tarixində saat təxminən 17 radələrində xidməti onun otağına daxil olduğunu, ona onun əməkhaqqısını və məzuniyyət pulunu düzgün hesablamadığını, onun pulundan 100 manat əskik olduğunu ona bildirdiyini və ondan bölmə rəisi Sevinc xanımın mobil nömrəsini istədiyini, o isə Cabbara Sevinc xanımın mobil nömrəsini verməkdən imtina etdiyini, ondan sonra Cabbarın onunla mübahisə etdiyini, onun üstünə cumduğunu, onu sillə ilə sifət nahiyyəsindən vurduğunu, onunla əlbəyaxa olub iş otağında dava-dalaş etdiyini, onu nalayiq sözlərlə söyərək təhqir etdiyini, üzərində olan qızıl sepini və qulağında olan sırğasını dartıq qırdığını, həmin vaxt orada olan iş yoldaşı Yaşar Həsənovun, Nərgiz Namazovanın və müdiri Samir Məmmədovun onu Cabbarın əlindən aldıqlarını və Cabbarı iş otağından kənarlaşdırdıqlarını, Şəxs onunla iş otağında təxminən 15-20 dəqiqəyə yaxın müddətdə dava-dalaş edib onu döydüyünü bildirmişdir. Daha sonra, zərərçəkmiş şəxs ərizə verərək, Şəxs ilə barışıq əldə edilyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X13 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd olunmuşdur, onun Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin İmişli rayon polis X2 bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsin 12 dekabr 2024-cü il tarixli 751 nömrəli rəyində göstərilmişdir ki, 1966-cı il təvəllüdlü X4 aşkar edilmiş xəsarət – döş qəfəsinin ön səthində döş sümüyünün yuxarı 1/3- proyeksiyasında sıyrıqlar bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitlərdə əmələ gələ bilərdi Qeyd olunmuş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2024-cü il tarixində iş yoldaşı X7 xəsarətlər yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş ərizədən görünür ki, X9 həmin ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X5 xəsarət yetirilməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar