Məhkəmə qərarları › İş №3(036)-321/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-321/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-321/2023 16.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, zərər çəkmiş şəxs X8 iştirakı ilə , xx.xx.1975-ci ildə İmişli rayonu, Qaravəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli rayonu, Qaravəlli kəndində yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 14:00-da İmişli rayonu, Qaravəlli kəndində X3 və X11 döymüşdür. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi törətməmiş və özünü həmin maddə ilə təqsirli bilmir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində küçədə olan zaman bacısı Ofelyanın səsini eşidib, ona tərəf getmiş, Elcan, Səidə və Lamiyyənin bacısı Ofelyanı döydüklərini görərək onlara yaxınlaşan zaman Səftər ona daş ataraq, ora yaxınlaşmağa qoymamışdır. Səftərin atdığı daşlardan biri onun belinə dəymiş və həmin vaxt telefonu çıxardaraq çəkmək istəyərkən Elcan telefonu onun əlindən almışdır. Mübahisə bitdikdən sonra telefonu ona qaytarılmış, daha sonra isə həyətinə gəlib bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zərər çəkmiş şəxs X14 məhkəmədə izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində küçədə olan zaman Asif Ofelyanın heyvanlarını həmin torpaq sahəsinə salaraq orada otarmasını görüb, heyvanları çıxatmaq üçün ora getmişdir. Həmin vaxt Asif və Ofelya onun üzərinə hücum etmiş, Asif əlindəki ağacla sağ ayağına, Ofeliya isə əlindəki ağacla sol ayağına vurmuşdur. Onlar əlbəyaxa olmuş, səsə anası Səidə və atası Səftər küçəyə çıxmışlar. Mübahisə zamanı Asif yumruqla anasının sifətinin sağ yan hissəsindən və sol əlindən vurmuş, daha sonra isə Asif daşla onun kürəyindən vurmuşdur. Bundan sonra “102” Xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə barışmamışdır və onun barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. İş materialları ilə müəyyən olur ki, zərər çəkmiş şəxs X9 təhqiqat zamanı izahat verərək göstərmişdir ki, aralarında olan torpaq mübahisəsi ilə bağlı İmişli Rayon Məhkəməsi onun xeyrinə qərar çıxartmışdır və həmin torpaq sahəsinin ətrafına arx çəkdirmişlər. Həmin torpaq sahəsi evinin qarşısındadır. xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində evdə olan zaman küçədə səs eşitmiş və küçəyə çıxan zaman Ofelya və Asifin oğlu Elcanı döymələrini görmüş, oğlunu onların əlindən almaq istəyən zaman Ofelya saçından tutmuş, Asif yumruqla sifətindən və sol əlindən vurmuş, sonra isə Asif təpiklə sağ ayağından vurmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsin 107 nömrəli ekspert rəyi ilə müəyyən olur ki, X10 aşkar edilmiş xəsarətlərsağ baldırın aşağı 1/3-nin ön-iç səthində qançır bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə göstərilən şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsin 108 nömrəli ekspert rəyi ilə müəyyən olur ki, X1 aşkar edilmiş xəsarətlər-sifətin sağ yanaq nahiyəsində qançır bərk küt əçyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə göstərilən şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmyan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İmişli Rayon Polis X7 təhqiqatçısının 28 fevral 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Şəxs, Şəxs, X4, X9 və X8 qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs, Şəxs, X14 və X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti İmişli RPŞ-nin X2 göndərilmişdir. Hazırda həmin qərar qüvvədə olmaqla mübahisələndirilməmişdir. Qeyd olunan qərarla müəyyən olunmuşdur ki, , inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00-da İmişli rayonu, Qaravəlli kəndində X14 və X3 döymüşdür. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edib və işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00-da İmişli rayonu, Qaravəlli kəndində X3 və X11 döyərək inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə vermiş olduğu izahatı həqiqətə uyğun olmayıb, özünü müdafiə xarakteri daşıyır və başqa sübutlarla öz təsdiqini tapmayıb təkzib olunduğuna görə,onun izahatında göstərdiyi dəlillərə tənqidi yanaşılmalıdır. Ona görə də, Pənahov X5 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə təqsirli bilinib, inzibati tənbeh tədbiri növündə 300 ( üç yüz) manat cərimə edilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar