Məhkəmə qərarları › İş №3(036)-322/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-322/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-322/2023 16.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs zərər çəkmiş şəxs X1 iştirakı ilə , xx.xx.2000-ci ildə İmişli rayonu, Qaravəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu,Qaravəlli kəndində yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 14:00-da İmişli rayonu, Qaravəlli kəndində X3 döymüşdür. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi törətməmiş və özünü həmin maddə ilə təqsirli bilmir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində küçədə olan zaman Asif və Ofelyanın heyvanlarını onlara məxsus torpaq sahəsinə salaraq otarmasını görüb, heyvanları çıxatmaq üçün ora getmişdir. Həmin vaxt Asif və Ofelya onun üzərinə hücum edərək Asif əlindəki ağacla sağ ayağına, Ofeliya isə əlindəki ağacla sol ayağına vurmuşdur. Onlar əlbəyaxa olarkən səsə anası Səidə və atası Səftər küçəyə çıxmışlar. Bu zaman Asif yumruqla anasının sifətinin yan hissəsindən və sol əlindən vurmuşdur. Mübahisə davam etmiş, Vidadi əlində yaba ilə həmin yerə gəlmiş, daha sonra isə Asif daşla onun kürəyindən vurmuşdur. Zərər çəkmiş şəxs X4 məhkəmədə izahat verərək göstərdi ki, Səidə və ailə üzvləri ilə aralarında torpaq mübahisəsi olduğuna görə, həmin şəxslər onları öz torpaq sahəsinə getməyə qoymurlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində küçə ilə heyvanları arxda suvarmağa aparan zaman Elcan heyvanların qarşısını kəsərək geri qaytarmış, sonra onu söyüb təhqir edərək üzərinə hücum edib, qışqırmış və səsə Elcanın anası Səidə və bacısı Lamiyyə küçəyə çıxıb, onun üzərinə hücum edərək saçını yolmuşlar. Daha sonra Elcan əli ilə boğazından tutub, yumruqla ağzına vurmuş və həmin vaxt qardaşları Asif və Vidadi ora gəlmişlər. Elcanın atası Səftər qardaşlarına tərəf daş atmağa başlamış, yol ilə keçən tanımadığı şəxs onu Elcan, Səidə və Lamiyyənin əlindən almış və öz həyətinə gəlib, bu barədə “102” xidmətinə zəng edərək məlumat vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə barışmamışdır və onun barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsin 111 nömrəli ekspert rəyi ilə müəyyən olur ki, X2 aşkar edilmiş xəsarətlər-alt dodağın selikli qişasında ortada qansızma, döş qəfəsinin arxa səthində sağ onurğayanı xətt boyunca 7-8-ci qabırğalar proyeksiyasında qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə göstərilən şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İmişli Rayon Polis X8 təhqiqatçısının 28 fevral 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, X9, X9, X6, X10 və Şəxs qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X9, X9, Şəxs və X7 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti İmişli RPŞ-nin X5 göndərilmişdir. Hazırda həmin qərar qüvvədə olmaqla mübahisələndirilməmişdir. Qeyd olunan qərarla müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00-da İmişli rayonu, Qaravəlli kəndində X3 döymüşdür. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edib və işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00-da İmişli rayonu, Qaravəlli kəndində X3 döyərək inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə vermiş olduğu izahatı həqiqətə uyğun olmayıb, özünü müdafiə xarakteri daşıyır və başqa sübutlarla öz təsdiqini tapmayıb təkzib olunduğuna görə,onun izahatında göstərdiyi dəlillərə tənqidi yanaşılmalıdır. Ona görə də, Səftərov X12 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə təqsirli bilinib, inzibati tənbeh tədbiri növündə 300 ( üç yüz) manat cərimə edilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar