Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-325/2023 06.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İmişli regional ədliyyə idarəsinin böyük məsləhətçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, İmişli rayonu, Qaralar bələdiyyəsinin sədri vəzifəsində işləyir, İmişli rayonu, Qaralar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işə İmişli Rаyon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında bахаraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli regional ədliyyə idarəsi tərəfindən Şəxs barəsində idarəçilik orqanlarıı əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, bələdiyyənin mütləq təqdim etməli olan xx.xx.2023-cü il tarixli, 01 saylı iclas protokolu inzibati nəzarəti həyata keçirən orqana 5 iş günündən gec göndərdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə özünü təqsirli bilir və əməlindən səmimi peşimançılıq çəkir. İmişli regional ədliyyə idarəsinin böyük məsləhətçisi X2 izahat verərək göstərdi ki, Şəxs İmişli rayonu, Qaralar bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, bələdiyyənin mütləq təqdim etməli olan xx.xx.2023-cü il tarixli, 01 saylı iclas protokolunu inzibati nəzarəti həyata keçirən orqana 5 iş günündən gec göndərmişdir. İş materiallarına əlavə edilmiş İmişli rayonu, Qaralar bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01 saylı protokolu və ona əlavə edilmiş zərfin surətindən müəyyən olunur ki, iclas protokolu İmişli regional ədliyyə idarəsinə xx.xx.2023-cü ildə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 111.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Maddə 549.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin faktiki halları ilə müəyyən olur ki, İmişli rayonu, Qaralar bələdiyyəsinin sədri Şəxs bələdiyyənin mütləq təqdim etməli olan xx.xx.2023-cü il tarixli, 01 saylı iclas protokolunu inzibati nəzarəti həyata keçirən orqana 5 iş günündən gec göndərməklə, İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Ona görə də onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati qaydada tənbeh tətdiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyasında 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini və xətanın xarakterini nəzərə alaraq maddənin sanksiyasında nəzərdə tutulmuş minimal həddə inzibati cərimə növündə tənbeh tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev.
Məhkəmə qərarları › İş №3(036)-325/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-325/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver