Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-331/2024 19.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədirliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, xx.xx.1974-cü ildə anadan olmuş, AR vətəndaşı, subay, İmişli rayonu, Muradxanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə icra başçısının Muradxanlı kəndində görüşü zamanı icra başçısının müavini Ruslan Məmmədovu təhqir etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə İmişli rayon Muradxanlı kənd tam orta məktəbinin binasında İmişli rayon İcra Hakimiyyəti Başçısı cənab Elçin Rzayevlə yerli əhali arasında görüş keçirilərkən o, söz almış və X1 İdarəsindən şikayət edərək su verilmədiyindən özünə məxsus olan kənd torpaq sahəsində aparılan mövsümu əkininin yanaraq məhv olduğunu diqqətə çatdırmışdır. İclasda iştirak edən İmişli rayon Sudan istifadə birliyininin mirabı X3 rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayevə suyun 2024-cü ilin mart ayınadək fasiləsiz olaraq verilməsi barədə yalan məlumat vermişdir. Tofiq Quliyevin hərəkətlərindən əsəbləşdiyi üçün iclasın nümayəşkəranə şəkildə tərk etmişdir. Sonradan əməlindən peşman olmuş və üzrxahlıq etmişdir. İclasda kobud rəftar etsə də, nalayiq ifadələr işlətməmiş və heç kəsi təhqir etməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 014121 nömrəli inzibati qaydada tutma haqqında protokola əsasən X2 həmin gün saat 22-30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-ni 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün inzibati qaydada həbs edilsin. Həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 18-00-dan hesablansın. Qərarın icrası Sabirabad RPŞ-ə həvalə edilsin. Qərrdan 10 (on) gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim. Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-331/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-331/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver