Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-333/2024 19.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədirliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, xx.xx.1961-ci ildə anadan olmuş, AR vətəndaşı, ailəli, İmişli rayonu, Muradxanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə icra başçısının İmişli rayon, Muradxanlı kəndində görüşü zamanı ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə iclasda iştirak etmişdir. İmişli rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayev çıxış edərkən xəstəliyi ilə əlaqədar onu eşitmədiyi üçün mikrofon gətirilməsini tələb etmiş bundan sonra Elçin Rzayevin göstərişilə qabaq sıralara əyləşmiş və sonadək iclasda iştirak etmişdir. İclas başa çatandan sonra İmişli rayon Su kanal İdarəsinin müdiri Dəyanət Kazımov su verilişi təmin edən boruları çıxararaq bundan sonra suyun verilməsini dayandıracağını bildirmiş, bu səbəbdən əsəbləşdiyi üçün onunla mübahisə etmişdir. İşdə olan sosial arayışdan görünür ki, Şəxs ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 100 (yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İPŞ-ə həvalə edilsin. Qərardan 10 (on) gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim. Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-333/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-333/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver