Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-339/2023 28.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, protokol tərtib etmiş şəxs İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X2 iştirakı ilə, xx.xx.1971-ci ildə Beyləqan rayonunun Yeni Mil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi ev 4A, mənzil 13 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə zəng vuraraq ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs törətmiş olduğu inzibati xətanı etiraf edib, əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsindən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş şəxs İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X4 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-13-3/2-3118/23 nömrəli məktubundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:52-də Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vuraraq ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmişdir. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:52-də Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vuraraq ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Ona görə də, Babayev X5 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan 091111 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının müdafiəsi zamanı qismən sağlamlığını itirmiş və ona İİ (ikinci) qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, təqsirlik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev.
Məhkəmə qərarları › İş №3(036)-339/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-339/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver