Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-340/2024 23.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiala İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin 2(036)-1809/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(036)-2029/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmənin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, hal-hazırda aliment öhdəliyini icra sənədi əsasında hər ay icra edir və həmin icra sənədi ilə bağlı mövcud olan borclar işin icraya yönəldilməsindən əvvəlki dövrə aiddir. 2(036)-2029/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini isə icra etməsi üçün maddi imkanı yoxdur. Məhkəmə iclasında İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X8 izahat verərək göstərdi ki, 2(036)-1809/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb borclunun əmək haqqının 70 faizinə yönəldilmiş, həmin tələb üzrə 2100 manat borc mövcud olsa da, hər ay 350 manat ödənişlər borclu tərəfindən icra olunur. 2(036)-2029/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə isə hər hansı bir ödəniş edilməmiş və borclu icra sənədinin icrası ilə bağlı heç bir hərəkət etməmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-1809/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına qədər saxlanılması üçün hə ay bir uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı X2 xeyrinə ödənilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs xx.xx.2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-2029/2023 saylı icra sənədi üzrə borclu Şəxs 15500 manat pay haqqı, 195 manat dövlət rüsumu alınıb iddiaçı X3 xeyrinə ödənilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs xx.xx.2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirləri görmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-1809/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına qədər saxlanılması üçün hə ay bir uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı X2 xeyrinə ödənilməsi barədə və xx.xx.2023-cü il tarixli, 2(036)-2029/2023 saylı icra sənədi üzrə borclu Şəxs 15500 manat pay haqqı, 195 manat dövlət rüsumu alınıb iddiaçı X3 xeyrinə ödənilməsi barədə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir Ona görə də, Quluyev X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati qaydada tənbeh olunmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 17:25-dən hesablanılsın. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-340/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-340/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver