Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-341/2023 29.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1991-ci ildə İmişli rayonunun Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İmişli şəhəri, H. Əliyev pospekti ev 154/3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-246/2022 saylı icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, o, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-246/2022 saylı icra sənədini qəsdən deyil, maddi imkanının ağır olması, əlavə qazanc yerinin olmaması səbəbindən icra edə bilməmiş, icra məmurunun bütün çağırışlarına vaxtında gələrək qanuni tələblərini yerinə yetirmişdir. İcra sənədi üzrə borcunu ödəməkdən heç bir vaxt qəsdən boyun qaçırmamışdır. Hazırda özünü inzibati xəta törətməkdə təqsirli bilmir və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, borclu Şəxs Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-246/2022 saylı icra sənədini icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirib, borclu olduğu pul vəsaitinin ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-246/2022 saylı icra sənədi ilə müəyyən olur ki, cinayət hadisəsi nəticəsində yetirilmiş maddi ziyan - 48.576 (qırx səkkiz min beş yüz yetmiş altı) manat məbləğdə pul məhkum edilmiş şəxslər Şəxs, X4, X8, X5, X6, X7 və X1 müştərək qaydada tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq ilə borclu icra sənədinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirləri görmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materialları ilə borclu Şəxs tərəfindən icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları müəyyən olunmamış və bu barədə başqa sübut təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 135, 130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev.
Məhkəmə qərarları › İş №3(036)-341/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-341/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver