Məhkəmə qərarları › İş №3(036)-343/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-343/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-343/2023 27.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, İmişli Rayon Polis Şöbəsinin 15 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və X2 15 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işə yenidən baxılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhəmə iclasında şikayət vermiş şəxs X2 məhkəməyə ərizə təqdim edərək şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 şikayətindən imtina etdiyindən şikayət və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 136-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İmişli Rayon Polis Şöbəsinin 15 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar