Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-349/2021 11.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Ayhan Elnur oğlunun katibliyi, Şikayətçi: X7 Səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 nümayəndəsi: X4 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 TP ******* saylı, 04 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarından şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 tərəfindən məhkəməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 TP ******* saylı, 04 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarından şikayət daxil olmuşdur. Məhkəmə iclasında X3 izahatında bildirmişdir ki, 11 iyun 2021-ci ill tarixdə, təxminən saat 23:00 radələrində idarə etdiyi “KİA SORENTO” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli şəhəri, N.Savalanov küçəsində hərəkətdə olan zaman İmişli Rayon X12 Yol X13 patrul xidməti inspektoru, polis baş serjantı X5 ona “saxla” əmri vermişdir. O, da “saxla” əmrinə tabe olaraq, idarə etdiyi avtomobili saxlamışdır. Bu zaman İmişli Rayon X12 Yol X13 patrul xidməti inspektoru, polis baş serjantı X5 ona İmişli şəhərində yerləşən İmişli şəhər 1 saylı Orta Məktəbin qarşısında ötmə əməliyyatını düzgün yerinə yetirmədən avtomobili sərxoş halda idarə etdiyini bildirmiş və heç bir araşdırma aparmadan qərəzli şəkildə İXP ******* saylı, 14 iyun 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib etmişdir. Eyni zamanda bildiriri ki, o, İmişli Rayon X12 X14 və Post Patrul Xidmətinin əməkdaşları ilə birlikdə İmişli Rayon Mərkəzi X8 Yardım Bölməsinə getmişdir. O, həkim müayinəsindən keçməsini tələb etsə də, lakin polis əməkdaşları ona qarşı kobul rəftar edərək, onun tələbini rədd etməklə israrla “alkotestr”dən keçməsini tələb etmişlər. Vəziyyəti gərginləşdirməmək üçün o, “alkotestr”dən keçmişdir. Lakin o, “alkotestr” müayinəsinin nəticəsi ilə razılaşmadığı üçün təkidlə İmişli Rayon X12 X14 əməkdaşlarından tibbi müayinədən keçməsini tələb etmişdir. Lakin İmişli Rayon X12 X14 əməkdaşları onun tələbinə əhəmiyyət vermədən xəstəxanı tərk edərək, çıxıb getdilər. O, İmişli Rayon Polis X15 Xidmətinin əməkdaşlarından niyə tibbi müayinədən keçirilməməsinin səbəbini soruşduqda ona X18 əməkdaşlarının iştirakı olmadan bunun mümkün olmadığını bildirmişlər. Daha sonra İmişli Rayon Polis X15 Xidmətinin əməkdaşları da xəstəxanı tərk edərək, çıxıb getdilər. O da, əlacsız qalaraq İmişli Rayon Mərkəzi X8 Yardım Bölməsindən yaşadığı evinə geri qayıtmışdır. Sonradan məlum olmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 TP ******* saylı, 04 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 343.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 Yol X13 patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən məhz qərəzli və qanunsuz olaraq barəsində “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və “İnzibati xəta haqqında” qərar qəbul edilmişdir. Belə ki, o, avtomobili sərxoş vəziyyətdə idarə etməmiş və yol hərəkəti qaydalarına əməl etmişdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 TP ******* saylı, 04 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarının ləğv edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 nümayəndəsi X5 izahatında bildirmişdir ki, o, İmişli Rayon X12 Yol X13 patrul xidməti inspektoru vəzifəsində işləyir və polis baş serjantıdır. X10 11 iyun 2021ci il tarixdə, təxminən saat 23:00 radələrində idarə etdiyi “KİA SORENTO” markalı, **-TJ- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli şəhəri, N.Savalanov küçəsində hərəkətdə olan İmişli şəhərində yerləşən İmişli şəhər 1 saylı Orta Məktəbin qarşısında ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün ona “saxla” əmri vermişdir. Sürücü “saxla” əmrinə tabe olaraq, idarə etdiyi avtomobili saxlamışdır. “Alkotestr” müayinəsindən sonra məlum olmuşdur ki, sürücü X10 avtomobili sərxoş halda idarə edir. Lakin sürücü X10 “alkotestr” müayinəsinin nəticəsi ilə razılaşmadığı üçün tibbi müayinədən keçməsini tələb etmişdir. Buna baxmayaraq, sürücü X2 vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etdiyi üçün barəsində İXP ******* saylı, 14 iyun 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib etmişdir. Daha sonra isə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 TP ******* saylı, 04 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 343.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 İXP ******* saylı, 14 iyun 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolu və TP ******* saylı, 04 iyul 2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bütün bunları nəzərə alaraq, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 TP ******* saylı, 04 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarının ləğv edilməsi haqqında şikayətinin rədd edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İmişli Mərkəzi Rayon Xəstəxanasının 01 saylı, 12 iyun 2021-ci il tarixli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müayinə edilməsi Qaydaları”na əlavə “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nın surətindən görünür ki, X10 alkoqol müayinəsindən imtina etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İXP ******* saylı, 14 iyun 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, X7 12 iyun 2021-ci il tarixdə, saat 09:40 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində “KİA SORENTO” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 343.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan TP ******* saylı, 04 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 343.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətçi-X7 və səlahiyyətli orqan- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 nümayəndəsi X4 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsaslı olduğu üçün qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 TP ******* saylı, 04 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə şikayət ilə bağlı ilk əvvəl onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İmişli Mərkəzi Rayon Xəstəxanasının 01 saylı, 12 iyun 2021-ci il tarixli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müayinə edilməsi Qaydaları”na əlavə “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş nümunə formasının tələblərinə düzgün əməl edilmədən tərtib edilmişdir. Belə ki, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nın “aktın 1-ci bəndi: Müayinəyə kim tərəfindən və nə vaxt göndərilib (dəqiq vaxt)... və müayinə aparan həkimin soyadı, adı, atasının adı və vəzifəsi” hissəsində müvafiq qeyd və məlumatlar tam öz əksini tapmamışdır. Bununla yanaşı “aktın 11-ci bəndi: Tibbi müayinəyə təqdim edilən sənədlər haqqında məlumat...” hissəsində bu barədə müvafiq qeydlər öz əksini tapmamışdır. Bundan başqa, “aktın 13-cü bəndi: Yoxlanılan şəxsin müayinənin nəticəsi ilə tanışlığı haqqında qeyd... və müayinə aktını alan şəxsin imzası” hissəsində şəxsin müayinənin nəticələri ilə tanış olub-olmaması barədə heç bir müvafiq qeyd aparılmamış, aktı alan şəxs haqqında müvafiq qeyd və onun imzası öz əksini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müayinə edilməsi Qaydaları”nda sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı həkim tərəfindən “aktın tərtib edilməsi qaydası” tənzimlənmişdir. Bununla yanaşı, akt ciddi hesabat sənədi olmaqla, nömrələnmiş formada tərtib olunur, aktın forması və tərtib edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. X6 1.0.2-ci maddəsinə əsasən qanunvericilik aktları-Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 İXP ******* saylı, 14 iyun 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolu Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə düzgün əməl edilmədən tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolun “İnzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə...” hissəsində müvafiq qeydlər aparılmamışdır. Bundan başqa, “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə (hüquqi şəxsin nümayəndəsinə), habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına hüquq və vəzifələrin izah edilməsi...” hissəsində şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilməsi haqqında müvafiq qeyd aparılmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolun “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinə) soyadı, adı, atasının adı...” hissəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin soyadı, adı və atasının adı qeyd edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolun “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) izahatının məzmunu...” hissəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınaraq, qeyd edilməmişdir. Bundan başqa, “İnzibati xəta haqqında iş üzrə zəruri olan digər məlumatlar...” hissəsində iş üzrə əhəmiyyət kəsb edən digər məlumatların araşıdırılıb-araşdırılmaması və ya olub-olmaması barədə qeydlər öz əksini tapmamışdır. Bundan başqa, inzibati xəta hadisələri, yəni X10 tərəfindən törədilməsi ehtimal edilən “ötmə əməliyyatını düzgün yerinə yetirməməsi faktı...” 11 iyun 2021-ci il tarixdə, saat 23:00 radələrində baş verdiyi və “sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsi fakt...” 12 iyun 2021-ci il tarixdə, saat 00:45 radələrində baş verdiyi halda (sərxoşluq müayinəsinin tibbi müayinəsi aktın tərtib edildiyi tarix: 12.06.2021ci il, saat 00:45) lakin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 İXP ******* saylı, 14 iyun 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolunda “inzibati xətanın törədildiyi vaxt...” hissəsində inzibati xətanın törədilməsi “12 iyun 2021-ci il tarix, saat 09:40” kimi qeyd edilmişdir. Bununla yanaşı, TP ******* saylı, 04 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərar qəbul edilən zaman X1 həqiqətən də iştirakının təmin edilib-edilməməsi, eləcə də, bu qərarın ona göndərilib-göndərilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə şikayət ilə bağlı onu da qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 Yol Polisi Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur, yəni sürücü X7 barəsində “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək barədə” və ya “Tibbi müayinəyə göndərmək barədə” protokollar tərtib olunmamış, onun izahatı alınmamış və protokolun surəti ona verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir: 96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları; 96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar; 96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən qəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-ci maddəsinə əsasən qərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 Yol Polisi Bölməsi tərəfindən inzibati məsuliyyətə cəlb olunmalı olan, yəni inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin daşıyıb-daşımaması məsələsi araşdırılmamış, ümumiyyətlə, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan əmələ hüquqi qiymət verilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 Bölməsinin TP ******* saylı, 04 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğu üçün, eləcə də, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması məqsədi ilə inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 Yol Polisi Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 X14 Bölməsinin TP ******* saylı, 04 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon X12 Yol Polisi Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(036)-349/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-349/2021
11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver