Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-350/2022 07.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi ilə, xx.xx.1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdam rayonu Sarıcalı kəndində yaşayan Şəxs Elşad oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan izibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Elşad oğlunun barəsində ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, o, 07.05.2022-ci il tarixdə, saat 06-00 radələrində İmişli şəhər sakini Mehdiyev eliyaz Binnət oğluna məxsus olan bir baş atı çöl sahəsindən oğurlamışdır. Barəsində inzibatixəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elşad oğlu özünü inzibati xəta törətməkdə təqsirli bilərək göstərmişdir ki, 07.05.2022-ci il tarixdə, saat 06-00 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsindən İmişli şəhəri istiqamətində gələrkən bir baş atın su arxının kənarında bağlandığını görmüş və ipini dəmirdən açaraq ata minib Şirinquyu ərazisindəki fermaya istiqamətində gedərkən İmişli rayonu Cəfərli kəndi yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Elşad oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs Elşad oğlunun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə deyil, inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Elşad oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 1 ( bir) ay müddətində inzibati qaydada həbs edilsin. Həbsdə saxlanma müddətinin əvvəli Şəxs Elşad oğlunun həbsə alındığı gündən və andan hesablansın. . Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-350/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-350/2022
07.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver