Məhkəmə qərarları › İş №3(036)-357/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-357/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-357/2024 08.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, xx.xx.2001-ci ildə Saatlı rayonu, Xanlarkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Saatlı rayonu, Çolpalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 27 oktyabr 2023-ci il tarixli, EQ 17697013 nömrəli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Şəxs barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Qeyd olunan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün İmişli Rayon Məhkəməsinə göndərilmiş və həmin material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta törətmiş şəxs və Polis Şöbəsinin nümayəndəsi gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə müəyyən olur ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinin 11-ci bəndində qeyd olunmuşdur ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə yol hərəkət qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətdə məhdudlaşdırılır. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin hallarını, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq, ona İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququn məhdudlaşdırma növündə inzibati tənbehin aşağı həddində tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev. İş № 3(036)-324/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Sədrlik edən məhkəmə iclasını 02 may 2024-cü il tarixdə saat 15:20-də açır və Şəxs barəsində İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıldığını elan edir. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslər barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs və İmişli Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər. Sədrlik edən məhkəmənin tərkibini elan edir. Hakim Quliyev Telman Osman oğlu, X1. Məhkəmə yerində müşavirə edərək qərara alır: Barəsində inzibati icraat aparılan şəxs və İmişli Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılması mümkün hesab edilsin. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri elan edir. Sədrlik edən müşavirəyə gedir. Sədrlik edən müşavirədən qayıdır, qərarı elan edir və qərardan şikayət vermə müddətini və qaydasını izah edir. Sədrlik edən saat 15:30-da məhkəmə iclasını bağlı elan edir. Protokol 02 may 2024-cü il tarixdə tərtib olundu. Sədrlik edən: Telman Quliyev Katib: Günel Şiraliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar