Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-363/2021 24.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, X1 İmişli Rayon Polis X9 Polisi Bölməsinin İXP ******* saylı, 29 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolundan verilmiş şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 İmişli Rayon Polis X9 Polisi Bölməsinin İXP ******* saylı, 29 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolundan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, X2 Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən qərardan şikayət və ya protest vermə qaydalara düzgün əməl etmədən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Belə ki, X5 şikayət ərizəsində İmişli Rayon Polis X9 Polisi Bölməsinin İXP ******* saylı, 29 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolu mübahisələndirmiş və həmin protokolun ləğv edilməsini xahiş etmişdir. Lakin X2 şikayət ərizəsinə İmişli Rayon Polis X9 Polisi Bölməsinin müvafiq qərarını əlavə etməmişdir. Beləliklə, qeyd edilən məsələ ilə İmişli Rayon Polis X9 Polisi Bölməsi tərəfindən müvafiq protokol əsasında “İnzibati xəta haqqında” qərarın qəbul edilibedilməməsini, əgər qəbul edilmişdirsə, X1 məhz hansı qərardan şikayət verdiyini şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərdə müəyyən etmək mümkün deyildir. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) “İnzibati xəta haqqında” protokolundan şikayət verilməsi qaydaları deyil, “İnzibati xəta haqqında” qərardan şikayət verilməsi qaydaları tənzimlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, X4 İmişli Rayon Polis X9 Polisi Bölməsinin İXP ******* saylı, 29 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolundan şikayəti Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 İmişli Rayon Polis X9 Polisi Bölməsinin İXP ******* saylı, 29 iyul 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolundan verilmiş şikayəti geri qaytarılsın. Sədrlik edən: Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(036)-363/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-363/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver