Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-376/2024 03.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra məmuru X6 iştirakı ilə, xx.xx.1985-ci ildə İmişli rayon Boşçallar kəndində anadan olmuş, AR vətəndaşı, ailəli, İmişli rayon, Boşçallar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, o, tələbkar X1 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-200/2024 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və cəmi 2250 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, tələbkar X1 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-200/2024 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, işləmədiyindən qazancı olmamış və borcunu ödəyə bilməmişdir. Hal-hazırda icra sənədi üzrə tələbkar X3 350 manat ödəniş etmiş və qalıq məbləği hissə-hissə ödənilməsinə imkan yaradılmasını xahiş etmişdir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İcra işinin materiallarından görünür ki, İmişli rayon məhkəməsinin xx.xx.2024-cü il 2(036)-200/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və könüllü icra üçün müəyyən edilmiş müddətdə tələb təmin edilməmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən görülmüş tədbirlər nəticəsində 03 may 2024-cü il tarixdə 350 manat ödənilmişdir. Borclu Şəxs tələb yönələ biləcək gəlirləri və qiymətli əmlakları aşkar edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmədə təqdim olunmuş sübutlara əsasən Şəxs xx.xx.2024-cü il 2(036)- 200/2024 saylı icra sənədini üzürsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-376/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-376/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver