Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-376/2025 19.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədirliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli RPŞ-nin X7 Bölməsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli TP7002254 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək İmişli RPŞ-nin X7 Bölməsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7002254 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 16 yanvar 2025-ci il tarixdə saat 10:43 radələrində idarə etdiyi X8 markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, Şıxəli Qurbanov küçəsi ilə Cəfərli kəndi istiqamətində hərəkətdə olarakən YPX-nin əməkdaşı onu saxladı və ona dəmiryolu keçidlərindən keçmə qaydalarını pozmağını irad bildirərək heç bir sübut olmadığına baxmayaraq əsassız protokol tərtib etmişdir. O, həmin vaxtı yol polisi əməkdaşına qayda pozuntusu etmədiyini bildirdi və ondan xahiş etdi ki, əgər qayda pozmuşdursa görüntünü ona təqdim etsin, o isə X2 heç bir görüntü təqdim etmədən çıxıb getmişdir. Hazırda o, qayda pozuntusu etmədiyi halda qanunsuz olaraq 100 manat cərimə edilmişdir. Məhkəmə iclasında iştirak etmiş X3 qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs İmişli Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, İmişli RPŞ-nin X7 Bölməsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7002254 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün İmişli RPŞ-nin X7 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli TP7002254 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, X3 həmin tarixdə “X8” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, Şıxəli Qurbanov küçəsi ilə Cəfərli kəndi istiqamətində idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan video görüntülərdən “X8” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin avtomobili İmişli şəhəri, Şıxəli Qurbanov küçəsi istiqamətində idarə edir. Videogörüntü dayandırılaraq şikayətçinin dəmiryol keçidində dayanmadığı bildirilir, görüntüdən isə avtomobilin həqiqətən keçiddə dayanmaması halı müəyyən olunmur. Məhkəmə hesab edir ki, İmişli RPŞ-nin X7 Bölməsində zamanı avtomobilin manevr qaydalarını pozması ilə bağlı ətraflı araşdırma aparılmamış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də İmişli RPŞ-nin X7 Bölməsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7002254 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün İmişli RPŞ-nin X7 Bölməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. İmişli RPŞ-nin X7 Bölməsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli TP7002254 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün İmişli RPŞ-nin X7 Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-376/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-376/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver