Məhkəmə qərarları › İş №3(036)-382/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-382/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-382/2024 24.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, X1, İmişli Rayon Polis X9 X10 Patrul Xidmətinin inspektoru X6 iştirakı ilə, Azərbycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X9 Polis Bölməsinin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X9 Polis Bölməsinin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə X4 xx.xx.2024-cü il tarixdə, saat 10:21 radələrində “MERCEDES C200” minik markalı ** HD *** dövlət nömrə nişanlı avtomobili idarə edərək İmişli şəhəri, Heydər Əliyev prospekti ərazisində hərəkətdə olarkən yolayrıcını keçmə qaydasını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat cərimə edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib yol hərəkəti qaydaları əleyhinə heç bir inzibati xəta törətmədiyini göstərərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs X4 göstərmişdir ki, o, idarə etdiyi xx.xx.2024-cü il tarixdə, saat 10:21 radələrində “MERCEDES C200” minik markalı ** HD *** dövlət nömrə nişanlı avtomobillə İmişli şəhəri 20 Yanvar küçəsi ilə İmişli şəhəri Heydər Əliyev prospektinin kəsişməsinin hərəkətdə olarkən X12 əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilmiş və o avtomobili yolun kənarına verib saxlamışdır. X12 əməkdaşları onun sənədlərini yoxlamış və barəsində Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdilər. Həmin vaxt yol hərəkət qaydaları onun tərəfindən pozulmamışdır. O, Baş X13i İdarəsinə görüntülərin əldə olunması ilə əlaqədar müraciət etmiş lakin heç bir nəticəsi olmamışdır. Sonradan həmin görüntüləri internet vasitəsi ilə əldə etmişdir. Ona görə də, 80 manat məbləğində cərimə olunması haqqında Azərbycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X9 Polis Bölməsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* qərarı ləğv edilməlidir. İmişli Rayon Polis X9 X10 Patrul Xidmətinin inspektoru X8 bildirdi ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 10:21 radələrində “MERCEDES C200” minik markalı ** HD *** dövlət nömrə nişanlı avtomobili idarə edərək İmişli şəhəri, Heydər Əliyev prospekti ərazisində hərəkətdə olarkən yolayrıcını keçmə qaydasının tələblərinə əməl etməyərək yol hərəkəti qaydalarını pozmuşdur. Ona görə də, «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın qüvvədə qalmasını xahiş edir. İşdə olan xx.xx.2024-cü il tarixli TP ******* nömrəli «inzibati tənbeh vermə haqqında» qərarın surətinə əsasən X4 xx.xx.2024-cü il tarixdə, saat 10:21 radələrində “MERCEDES C200” minik markalı ** HD *** dövlət nömrə nişanlı avtomobili idarə edərək İmişli şəhəri, Heydər Əliyev prospekti ərazisində hərəkətdə olarkən yolayrıcını keçmə qaydasının tələblərinə riayət etməmişdir. İşdə olan hadisənin audio – video yazısının əlavə edildiyi diskə baxış zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 10:21 radələrində “MERCEDES C200” minik markalı ** HD *** dövlət nömrə nişanlı avtomobili idarə edərək İmişli şəhəri, Heydər Əliyev prospekti ərazisində hərəkətdə olarkən yolayrıcını keçmə qaydasının tələblərinə riayət etməyərək, digər avtomobillərin sağdan gələn avtomobilin keçməsi gözlədiyi halda, X2 gələn yol patrul xidmətinə məxsus avtomobilə yol verməyərək, anidən sola dönüş etmişdir. Ondan sağ tərəfdə avtomobil dayanmasına baxmayaraq, təhlükəsizilik baxımından onun hərəkətini gözləməyib, ondan sonra sola hərəkət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 42-ci maddəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. Azərbycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X9 Polis Bölməsinin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar