Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-388/2022 25.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakimi Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Xuraman Emin qızı Əsədlinin katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə İmişli rayonunun Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, İmişli rayonunun Rəsullu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İmişli rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İmişli rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, özünə məxsus icazəsi olmayan «TOZ» markalı, C24385 nömrəli, 16 kalibrli, tək lüləli, yivsiz, “ov tüfənginin” daşınması qaydalarını pozmuşdur. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməsini etiraf edərək əməlindən səmimi peşman olduğunu bildirdi. Məhkəmə inzibati xəta haqqında 25 may 2022-ci il tarixli, MN № ******* saylı protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək miqdarda cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs cəza təyin edərkən törətdiyi xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati xətanın törədilməsində alət olan ov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 47-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2–ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın törədilməsində alət olan «TOZ» markalı, C24385 nömrəli 16 kalibrli, tək lüləli, yivsiz, ov silahı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-388/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-388/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver