Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-388/2024 14.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində İnzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, heç bir yerdə işləməyən, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 38 ünvanında Qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə İmişli şəhəri, 28 may küçəsi ərazisində ictimai qaydanı pozaraq ünvansız nalayiq ifadələr işlətmiş və həmin vaxt ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində İnzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə İmişli şəhəri, 20 yanvar küçəsində saat 19:30 radələrində idarə etdiyi “Toyota Corolla markalı” ** XZ *** dövlət nömrə nişanlı avtomaşında göy-qırmızı sayrışan işıqlardan istifadə edərkən, polis əməkdaşlarının saxla işarəsinə əsasən avtomaşını saxlamamış və onların qanuni tələblərinə tabe olmayaraq ərazini tərk etmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində İmişli şəhəri, Heydər Əliyev prospekində idarə etdiyi avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlandığı zaman, yenə də onların qanuni tələblərinə tabe olmamışdır. Həmçinin, xx.xx.2024-cü il tarixdə İmişli çəhəri ərazisində “VAZ 21074 markalı” ** GA *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin kimi hərəkət etdiyi zaman həmin avtomobil polis əməkdaşları tərəfindən saxlanılmış və həmin vaxt onlara qarçı qeyri səmimi münasibət göstərmiş, ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək qaçmağa cəhd etmişdir. O, ailəsinin xəbər tutmaması üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, təlaşlandığı üçün bu inzibati xətanı tərətmiş və hazırda əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı X15 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, İmişli şəhəri, 20 yanvar küçəsində saat 19:30 radələrində idarə etdiyi “Toyota Corolla markalı” ** XZ *** dövlət nömrə nişanlı avtomaşında göy-qırmızı sayrışan işıqlardan istifadə ediyi üçün ona saxla işarəsi verərək, avtomobilə yaxınlaşan zaman sürücü onların qanuni tələblərinə tabe olmayaraq ərazini tərk etmişdir. İş üzrə şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin əməkdaşı polis baş serjantı X5 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Heydər Əliyev prospekində Şəxs tərəfindən “Toyota Corolla markalı” avtomobili təhlükəsizlik kəmərindən istifadə edilmədən idarə edildiyi üçün saxladıqları zaman, sürücü avtomobili onların üzərinə sürmüş və onların həyatına təhlükə yatarmışdır. İş üzrə şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı X9 izahat verərək göstərdi ki, X1 şəhəri, 28 may küçəsi ərazsində polis şöbəsinə dəvət olunarkən onlara müqavimət göstərərək gəlməyəcəyini bildirmiş və polis əməkdaşlarının köməyi ilə polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsinə gətirilən zaman polisə tabesizlik göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş İmişli RPŞ DYPB YPX-nin polis baş sejantı X7 digər şahidlərin ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İmişli RPŞ DYPB-nin YPX-nin polis baş serjantı X14 Rayon Polis Şöbəsinin rəisi Azər Tağıyevə ünvanlanmış raportundan görünür ki, patrul avtomobili ilə xidmətdə olarkən polis baş serjantı X10 xx.xx.2024-cü il tarixli və polis baş serjantı X2 tərtib etdikləri xx.xx.2024-ü il tarixli raportla əlaqədar həmin avtomobilin sürücüsü X3 “VAZ 21074 markalı”** GA *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin kimi hərəkət etdiyi zaman, həmin avtomobil tərəflərindən saxlanılmış və X6 onlara qeyri səmimi münasibət göstərmiş və ünvansız nalayiq ifadələr işlətmiş və eyni hərəkətləri davam etdirmişdir. Polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət olunsa da, sonuncu hərəkətlərini qabarıq şəkildə davam etdirmişdir. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokolla müəyyən olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə İmişli şəhəri, 28 may küçəsi ərazisində ictimai qaydanı pozaraq ünvansız nalayiq ifadələr işlətmiş və həmin vaxt ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də, Alışanlı X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəi xx.xx.2024-cü il tarixdən hesablansın Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-388/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-388/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver